Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Mütaliəni vərdişə necə çevirməli?

Mütaliəni vərdişə necə çevirməli?

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Mədəniyyət səviyyəsini artırmağın ən vacib yolu kitab oxumaq alışqanlığına sahib olmaqdır. Oxumağı sevən hər insan aylıq, illik kitab mütaliə hədəfi qoyur və buna nail olur. Oxumağı vərdiş halına gətirmək bu baxımdan çox vacibdir. Bəs oxumaq vərdişi nədir və onu necə inkişaf etdirmək olar?

Oxumağı həyat fəlsəfəsinə çevirmək oxuma vərdişini inkişaf etdirmək deməkdir. Oxuma vərdişinin əsas xüsusiyyəti, insanların oxumağı zövq mənbəyi kimi görməsi və bu vərdişi həyatları boyu davam etdirməsidir. Oxumaq həvəsi alışqanlığa çevrildikcə, insanlar oxumağı bir məşğuliyyət, həvəs kimi deyil, ömürlük vərdiş və durmadan öyrənmək kimi qəbul edirlər. Oxuma vərdişini inkişaf etdirənlər informasiyanı, biliyi, məlumatı yalnız kitablardan deyil, həm də jurnallar, qəzetlər, onlayn mənbələrdən və məqalələrdən əldə edirlər. Yəni, onlar üçün mənbə, vasitə əsas deyil, oxuduqları, mütaliə etdikləri və mənimsəikləri informasiya əhəmiyyətlidir.

Nizam-intizam bir alışqanlığın vərdişə çevrilməsi üçün əsas meyardır, bütün intizamlı adamların davam etdirdikləri bir vərdişi olur mütləq. Müəyyən edilmiş bir vaxtda və mütəmadi yerinə yetirilən davranış zamanla vərdiş olur. Vərdiş həm də diqqəti artırır. Bundan əlavə, oxuduqlarınız üzərində düşünmək və mühakimə bacarığı vərdişləri inkişaf etdirməyin əsas aspektidir.

Xüsusilə yazılı nəşrləri oxumaq vərdişi insanın zehni, idrak və sosial inkişafına çox faydalıdır. Oxumaq şəxsi inkişafın əsas elementidir. Oxumaq lüğət ehtiyatını, danışıq qabiliyyətini, söz bazasını artırırvə daha geniş mədəni biliklərə yiyələnməyə kömək edir. Mütaliə empatiya və tolerantlığı inkişaf etdirir. Oxumaq yeni mədəniyyətləri araşdırmaq, başqa insanların, xalqların həyat tərzləri haqqında məlumat əldə etmək üçün imkanlar yaradır. Bu, həmçinin insanın problem həll etmə və tənqidi düşüncə bacarıqlarını artırır. Bundan əlavə, oxumaq yaradıcı düşüncə və təxəyyülü inkişaf etdirir. Müntəzəm olaraq oxuyan insan ətrafındakılarla daha yaxşı ünsiyyət bacarıqları qazanır. Mütaliə vərdişi zamanla idrakı artırır və diqqəti inkişaf etdirir.

Mütaliə insanın sosial çevrəsi ilə daha yaxşı dil tapması, şəxsi həyatını zənginləşdirməsi üçün olduqca faydalıdır. Oxumağı vərdişə çevirmək üçün əvvəlcə qarşıya məqsəd qoymaq lazımdır. Ayda və ya ildə müəyyən sayda kitab oxumaq məqsədi daha çox kitab oxumağa səbəb ola bilər. Məsələn, ildə 24 kitab və ya ayda 2 kitab oxumaq məqsədi qoymaq vərdiş yaratmağı asanlaşdırır. Kitab sayı əvəzinə səhifə sayını təyin etmək də mümkündür.

Kitabların sayını müəyyən etdikdən sonra kitab siyahısı yaratmaq da vərdişə yiyələnməyə kömək edəcək. Bəyəndiyiniz janrlarda kitablar seçmək vacibdir. Oxumaq istədiyiniz kitabları seçmək və onları aylara görə sıralamaq oxumağı vərdişə çevirməyə kömək edir. Oxuyacağınız kitablar siyahısındakı hər bir kitaba başlama və bitmə tarixlərini təyin etmək və müəyyən qeydlər aparmaq oxuma sürətinizi artıra bilər.

Vərdiş yaratmağın başqa bir yolu gündəlik ən azı 10-20 səhifə oxumağı qarşıya hədəf qoymaqdır. Gündəlik məqsəd aylıq hədəflərə çatmaq üçün çox vacibdir. Hər gün oxumaq vərdişin yaranmasına kömək edir. Həvəsləndirici vasitələr yaradın, evinizdə mütaliə guşəsi yaratmaq, rahat bir kreslo və ya divan qoymaq, xoş qoxulu ətir yayan əşyalardan istifadə etmək oxumağa həvəs yarada bilər. Bundan əlavə, elektron kitab oxuyuculardan və müxtəlif onlayn vasitələrdən istifadə də vərdişi inkişaf etdirməyə kömək edə bilər. Bu mərhələdə hansı vasitələrin sizin üçün uyğun və faydalı olduğunu müəyyən etmək vacibdir.

Oxumağa həvəslənmək həmişə asan olmur. Belə hallarda özünüzə mütaliə partnyoru tapa bilərsiniz. Partnyor tapmaq oxumağı vərdiş halına gətirməkdə sizə kömək edər, onunla birlikdə hədəf seçmək, kitablar haqqında söhbət etmək faydalı olacaq. Yeni kitabları və janrları mütaıiə partnyorunuzla müzakirə etmək də sizə zövq verəcək. Oxumağı ömürlük və davamlı bir vərdişə çevirmək üçün mütaliəni sevmək lazımdır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması ” istiqaməti çərçivəsində hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri