MÜTDA ya tətbiq edilən cərimə ləğv olunub
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı şəhər Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş protokola dair məhkəmə qərarı ləğv edilib. Sözügedən protokola Nərimanov Rayon Məhkəməsində baxılıb.
Məhkəmə Agentliyi təqsirli bilərək 2 min manat məbləğində şərti cərimə tətbiq edib və hüquqpozmanın aradan qaldırılması üçün bir aylıq müddət müəyyənləşdirib.
Modern.az xəbər verir ki, AzEdu.az-ın əldə etdiyi məlumata görə, qərardan verilən apellyasiya şikayətinə isə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə şikayəti təmin edərək birinci instansiya məhkəməsinin qərarını ləğv edib və iş üzrə icraata xitam verib.
Qeyd edək ki, məlumatı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:315
Bu xəbər 22 İyun 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















