Icma.az
close
up
RU
Mütəxəssis: Uşaqların müəyyən yeməklərə qarşı istəksizliyi inkişafın təbii mərhələsidir

Mütəxəssis: Uşaqların müəyyən yeməklərə qarşı istəksizliyi inkişafın təbii mərhələsidir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 22 aprel, AZƏRTAC

Uşaqların müəyyən yeməklərə qarşı istəksizliyi çox zaman valideynlər üçün narahatedici olsa da, bu, əslində inkişafın təbii mərhələsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə açıqlayıb.

Onun sözlərinə görə, uşaqlar xüsusilə 2-6 yaş arasında “seçici yemək dövrü”də olurlar. Bu dövrdə onlar əvvəllər yedikləri yeməkləri birdən-birə rədd edə bilərlər: “Uşaqların yeməyi rədd etməsi, onların öz nəzarət və müstəqillik hissini sınadığı dövrdür. Uşaq nəzarətin onda olduğunu hiss etdikdə, süfrə ətrafındakı gərginlik azalır və daha rahat yemək davranışı formalaşır. Uşaqların yeməyi rədd etməsinin səbəbləri yalnız fiziki deyil, emosional və psixoloji amillərlə də sıx bağlıdır. Yemək uşaqlar üçün sadəcə bir qida ehtiyacını qarşılamaq deyil, bəzən diqqət çəkmək, duyğularını ifadə etmək və ya nəyəsə etiraz bildirmək vasitəsi ola bilər. Uşaqların yeməyə münasibəti, ailədəki yemək vərdişlərindən və süfrə atmosferindən çox güclü şəkildə təsirlənir. Bundan başqa, uşaq valideynlərin davranışını modelləşdirir. Əgər ana və ata sağlam qidalar yeyirsə, müxtəlif qidaları dadmaqdan çəkinmirsə, uşaq da bu davranışı təqlid edir. Ancaq əksinə, valideyn özü seçici davranırsa və ya yemək zamanı mobil telefondan istifadə edirsə, uşaq da yeməyə diqqətini yönəldə bilməyəcək”.

A.Əkbərzadə bildirib ki, uşaqların bəzi qidalara qarşı həssas davranışının kökündə onların bioloji və hiss orqanlarının inkişaf səviyyəsi dayanır: “Bəzən yeməyi rədd etmək sadəcə “şıltaqlıq, ərköyünlük” deyil, uşağın bədəninin hələ hazır olmaması ilə bağlı ola bilər. Uşaqlarda dad duyğusu böyüklərlə müqayisədə daha güclüdür. Xüsusilə acı, turş və acılı dadlara qarşı çox həssas olurlar. Yeməyin qoxusu da uşaqlar üçün çox önəmlidir. İştahanın olmaması və ya itməsində qoxu duyğusu mühüm rol oynayır. Eyni zamanda, uşaqların həzm sistemi də böyüklərə nisbətən daha həssas və zəifdir. Piyli, çox duzlu, ədviyyatlı və ya ağır yeməklər uşaq üçün narahatlıq yarada bilər”.

Endokrinoloq sonda vurğulayıb ki, bu səbəblər göstərir ki, uşağın bəzi qidaları sevməməsi bəzən sadəcə “istəksizlik” deyil, onun bədəninin və duyğu orqanlarının təbiəti və inkişaf səviyyəsindən asılı olur: “Uşağın bu fərqliliyini anlamaq və səbirlə yanaşmaq, qida münasibətinin müsbət yöndə dəyişməsinə kömək edə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri