Icma.az
close
up
RU
Mütəxəssislər artritlə mübarizədə bu tərəvəzi tövsiyə edirlər

Mütəxəssislər artritlə mübarizədə bu tərəvəzi tövsiyə edirlər

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Artritdən əziyyət çəkənlər üçün ağrı və şişkinlik hərəkət qabiliyyətini xeyli məhdudlaşdıra bilir. Müalicədə dərman, fiziki terapiya və aktiv həyat tərzi əsas rol oynasa da, qidalanmanın da önəmi böyükdür. 

News24.az xəbər verir ki, bu barədə "Eating Well" nəşri məlumat yayıb.  Mütəxəssislər bildirirlər ki, bəzi qidalar, xüsusilə də brokoli artrit əlamətlərinin azaldılmasına kömək edə bilər.

Niyə məhz brokoli?

Dietoloqlar brokolinin tərkibində iltihabla mübarizə aparan və oynaqları qoruyan bir sıra faydalı maddələrin olduğunu vurğulayırlar. Bu tərəvəz C və K vitaminləri, eləcə də liflə zəngindir.

C vitamini 

C vitamini güclü antioksidant olaraq hüceyrələri zədələnmədən qoruyur, iltihabı azaldır və kollagen istehsalını təşviq edir. Kollagen isə sağlam oynaqlar və birləşdirici toxumalar üçün vacibdir. Bir porsiya çiy brokoli gündəlik C vitamini ehtiyacının böyük hissəsini qarşılayır.

K vitamini

Brokoli həmçinin K vitamini ilə zəngindir. Bu vitamin sümüklərin möhkəmlənməsində mühüm rol oynayır və iltihab göstəricilərini azalda bilir. Tədqiqatlar göstərir ki, K vitamini qəbul edənlərdə osteoartrit riski daha aşağı olur.

Lif mənbəyi

Brokoli həm də əla lif mənbəyidir. Revmatoloq Swati Medhekar bildirir ki, sağlam bağırsaq mikrobiomu iltihabı azalda və dolayısı ilə oynaqlara müsbət təsir göstərə bilər. Tədqiqatlar sübut edir ki, liflə zəngin qidalanma romatoid artrit riskini azalda bilər.

Brokolinin pəhrizə daxil edilməsi təkcə ümumi sağlamlığa deyil, həm də oynaqların qorunmasına əhəmiyyətli dərəcədə töhfə verə bilər. Artritlə mübarizədə balanslı və faydalı qidalanma mühüm rol oynayır və brokoli bu baxımdan ideal seçimlərdən biridir.

Nigar İlyasqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 İyun 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri