Icma.az
close
up
RU
Mutikulturalizm Mərkəzi 2024cü ili uğurla başa vurdu Yeni Çağ Media

Mutikulturalizm Mərkəzi 2024cü ili uğurla başa vurdu Yeni Çağ Media

Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycandakı mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib.

Ölkəmizdə mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) yaradıldı. Mərkəz fəaliyyətində azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın, mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edir, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdır, mövcud multikultural modelləri tədqiq və təşviq edir. Mərkəz yarandığı gündən qarşısında duran məqsəd və vəzifələrin icrası istiqamətində  fəaliyyət aparır. 2024-cü ildə yaranmasının 10 illiyini qeyd edən Mərkəz hər il olduğu kimi sadəcə ölkə daxilində deyil, eyni zamanda bir çox xarici ölkələrdə də Azərbaycandakı etno-mədəni və konfessional müxtəliflik, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata keçirilməsi, bu modelin mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol mövzusunda konfranslar, dəyirmi masalar, görüşlər keçirib, müxtəlif dillərdə kitab və jurnallar nəşr edib. Tədbirlərdə Azərbaycandakı etnik qruplar, onların əsrlər boyu qarşılıqlı anlaşma şəraitində yaşaması, eləcə də, multikultural cəmiyyətdəki inteqrasiya və idarəetmə siyasəti barədə geniş məlumat verilib, müzakirələr aparılıb.

Mərkəzdə il ərzində  anım tədbirləri, dəyirmi masalar, konfranslar təşkil olunub. Tədbirlərdə ölkəmizdə yaşayan etnik icmaların rəhbərləri, dini icmaların nümayəndələri, Milli Məclisin deputatları, şəhid ailələri və qazilər iştirak ediblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikasının multikulturalizm siyasətini təbliğ etmək, müxtəlif mədəniyyətlər və xalqlar arasında anlaşma və əməkdaşlığı gücləndirmək məqsədilə beynəlxalq sahədə bir çox layihələr və təşəbbüslər həyata keçirir ki, bu da Azərbaycanın multikulturalizminin dünyada daha geniş şəkildə tanınmasına və təbliğinə kömək edir. Mərkəz multikulturalizm, mədəniyyətlərarası dialoq və sosial inteqrasiya mövzusunda beynəlxalq konfranslar, simpoziumlar və forumlar təşkil edib. Bu tədbirlərə dünya üzrə çoxsaylı alimlər, mütəxəssislər, diplomatik nümayəndələr və digər maraqlı tərəflər qatılıb. Mərkəzin 2024-cü ildə də beynəlxalq fəaliyyəti zəngin olub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və  Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə  mübarizə” mövzusunda II Beynəlxalq elmi konfrans keçirilib. İki gün davam edən konfransa 120-dən çox xarici qonaq qatılıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanlayıb.

Dünya albanşünaslığının görkəmli nümayəndələrini bir araya gətirməklə səmərəli elmi müzakirələr aparmaq məqsədilə təşkil olunan “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI Beynəlxalq elmi konfransda  Türkiyə, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislər iştirak ediblər. Konfrans iştirakçılarının Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfərləri də təşkil edilib və oradakı Alban məbədləri ziyarət olunub. “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində 30–dan çox xarici ölkədən mütəxəssisin iştirak etdiyi  “Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı sessiya təşkil olunub. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Din povilyonunda “Fəaliyyətdə Dinlərarası Əməkdaşlıq: İnsan vəziyyətini yaxşılaşdırmaq üçün dünya idarəçiliyi” mövzusunda panel müzakirə keçirilib. “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə “Mədəni irsin bərpası və qorunması” mövzusunda panel sessiya keçirilib. “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mözusunda beynəlxalq konfransda Mərkəz təmsil olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin də həmtəsisçisiBeyin Mərkəzləri Platformasının və onun internet portalının təqdimatı keçirilib. İşğaldan azad olunmuş ərazilərdə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupunun tərkibində dəfələrlə işğaldan azad olunmuş ərazilərimizə səfərlər təşkil edilib, dağıdılmış və saxtalaşdırılmağa cəhd olunmuş mədəni irs nümunələrinə baxış keçirilib, hesabatlar və arayışlar hazırlanıb.

BBMM-nin beynəlxalq fəaliyyəti Azərbaycanın multikulturalizm modelinin dünyada tanınmasına və müsbət imicinin formalaşmasına mühüm töhfə verir. Mərkəz həmçinin müxtəlif ölkələr arasında anlaşma və qarşılıqlı hörmətin inkişafına dəstək olur. Bu istiqamətdə Mərkəzdə 2024-cü ildə həm yerli, həm də beynəlxalq səviyyədə 16ölkədən nümayəndə  heyətləri ilə görüşlər keçirilib. Görüşlərdə qonaqlara Mərkəzin fəaliyyəti, Azərbaycan multikulturalizm modeli, Azərbaycandakı tolerant və multikultural mühit haqqında geniş məlumat verilib.

BBMM müxtəlif beynəlxalq təşkilatlarla sıx əlaqələr qurur və birgə layihələr həyata keçirir, beynəlxalq tədbirlərdə tərəfdaş kimi iştirak edir. Xaricdə keçirilən beynəlxalq tədbirlərdə – ATƏT regionunda antisemitizmlə mübarizəyə həsr olunmuş beynəlxalq konfransda, Gürcüstanın Tbilisi şəhərində keçirilən “Bölünmüş dünyada körpülərin qurulması: Dialoq və Anlaşma vasitəsilə ürəklərin diplomatiyası”, Beynəlxalq İslam Düşüncəsi və Sivilizasiyası İnstitutunda (ISTAC-IIUM) keçirilən “İslamofobiya və Təhsil”, “XXI əsrdə Mərkəzi Asiya ölkələrində mədəniyyətlərin qonşuluğu”, “Müasir dünyada etnosiyasi tədqiqatlarda mövcud tendensiyalar: nəzəri və tətbiqi aspektlər” mövzularında beynəlxalq konfranslarda, “Heç kimi unutmayın: insanlar və planet üçün tərəfdaşlıq” mövzusuna həsr olunan G20 Dinlərarası Forumunda, XX Beynəlxalq Müsəlman Forumunda, “Türk xalqlarını birləşdirən amillər: dəyərlər, rəmzlər və ideyalar”, “Sülh naminə liderlik, nəzəriyyədən təcrübəyə” mövzusunda seminarlarda təmsil olunub. İSESCO-nun Baş qərargahında “Quran və Qərb: Gələcəyə doğru rasional yanaşma” mövzusunda təşkil olunmuş konfransda Mərkəzin icraçı direktoru Rəvan Həsənovun xüsusi seminarı təşkil olunub. Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Malayziyaya işgüzar səfəri çərçivəsində ölkənin baş naziri Ənvər İbrahimlə görüşüb. Mərkəzin həmtəşkilatçılığı ilə “Sülhün dayanıqlı inkişafında nailiyyətlərin əldə olunmasında dini liderlərin rolu” mövzusunda iki günlük beynəlxalq konfrans baş tutub.İspaniya Krallığının Maqos Fondunun təşkilatçılığı ilə Malaqa şəhərində keçirilən  “Müdrik İnsanların Xəzinəsi” adlı beynəlxalq sərgidə “Azərbaycan multikulturalizm modeli” adlı xüsusi seminar, Polşada “Azərbaycanda xristian irsi” mövzusuna həsr edilən sərgi təşkil olunub.Ümumiyyətlə, 2024-cü ildə Mərkəzin beynəlxalq fəaliyyəti 13 ölkəni əhatə edib.

Azərbaycanın multikulturalizm siyasətinin geniş yayılması və beynəlxalq aləmdə tanıdılması Mərkəzin qarşısında qoyulan əsas vəzifələrdəndir.  Mərkəz Azərbaycan cəmiyyətinin mədəni müxtəlifliyinə və müxtəlif mədəniyyətlər arasında harmoniyaya əsaslanan mövqeyini dünya səviyyəsində təbliğ edir. Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2015-ci ildən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini həyata keçirir. 2024-cü ilin sonunadək “Azərbaycan multikulturalizmi” fənni dünyanın 27 və Azərbaycanın 38 nüfuzlu ali məktəbində tədris olunub. Tədris keyfiyyətinin yüksəldilməsi və müəllimlərin bilik səviyyələrinin artırılması məqsədilə fənləri tədris edən müəllimlərə ildə iki dəfə treninqlər təşkil olunub. Tələbələrin bilik və bacarıq səviyyəsinin müəyyənləşdirilməsi, eyni zamanda onların bu fənnin tədrisi ilə bağlı sual, təklif və iradlarının öyrənilməsi məqsədilə “Multikulturalizmə giriş” fənninin monitorinqi aparılıb. 2024-cü ildə Mərkəz Cənubi Koreyanın İNHA Univeristeti və Moskva İslam İnstitutu ilə “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində əməkdaşlığa başlayıb. İl ərzində layihə çərçivəsində “Azərbaycan multikulturalizmi” fənni tədris olunan universitetlərdə Azərbaycanla bağlı tədbirlər təşkil olunub. “Multikulturalizmə giriş” fənnini öyrənən tələbələrdən ibarət könüllülər Azərbaycanda keçirilən yerli və beynəlxalq tədbirlərin təşkil olunmasında iştirak ediblər.

“Sabahın liderləri: Gənclər sivilizasiyaların toqquşmasına qarşı” mövzusunda XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbi, “Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu”adlı XV Beynəlxalq Multikulturalizm Yay Məktəbi təşkil olunub.

Mərkəz hər il olduğu kimi 2024-cü ildə də Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitabların çap olunmasına, BBMM-in təşkilatçılığı ilə keçirilən yerli və beynəlxalq konfransların materiallarının nəşrinə, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “International Journal of Multiculturalism” adlı beynəlxalq elmi jurnalının iki sayı, “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda II Beynəlxalq elmi konfransın elmi məqalələri nəşr edilib, “Musa Kalankatlıya əsasən Qafqaz Alban kilsəsinin tarixi” adlı kitab ingilis dilində işıq üzü görüb.“Qafqaz Albaniyasının etno-mədəni irsi” elmi jurnalının 5-ci buraxılışı, Azərbaycan ədəbiyyatının incilərindən sayılan “Əli və Nino” romanı Ukrayna dilində,  “Land of multiculturalism”, “Dağıdılmış irs: səssiz şahidlər”  fotoalbomları ingilis dilində, “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” kitabı rus dilində hazırlanıb, çap mərhələsindədir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin mediada geniş şəkildə işıqlandırılması Azərbaycanın multikulturalizm siyasətinin təbliğində mühüm rol oynayır. Mərkəzin media fəaliyyətləri, həm yerli, həm də beynəlxalq səviyyədə Azərbaycanın mədəni müxtəliflik, dini tolerantlıq və multikulturalizmə dair mövqeyinin təbliğinə xidmət edir.Ona görə də Mərkəz bu istiqamətdə fəaliyyətinə də geniş yer ayırıb.  Yerli və beynəlxalq media qurumları ilə də sıx əlaqələr qurub. Mərkəzin rəhbərliyi və mütəxəssisləri, beynəlxalq jurnalistlər və media nümayəndələri ilə əməkdaşlıq edərək, Azərbaycanın multikulturalizm sahəsindəki uğurlarını dünya miqyasında təqdim edib.Mərkəzin fəaliyyəti, həmçinin beynəlxalq televiziya kanallarında və böyük xəbər agentliklərində də əks olunub.Multikulturalizmə dair müxtəlif video materiallar və sənədlifilmlər hazırlanıb. Müxtəlif yerli və xarici  televiziya kanalları 2024-cü ildə yaranmasının 10 illiyini qeyd edən Mərkəzin fəaliyyətinə dair verilişlər, videosüjetlər hazırlayıblar.

Belçikanın Vlaamse Radio və Televiziya qurumunun tanınmış telejurnalisti Chris Michel ilə,  İspaniya Dövlət Teleradiosunun həftəlik informasiya icmalının həmmüəllifi jurnalist Mariya Anxeles Rodriqes Qonzales ilə görüş keçirilib həmin kanallara xüsusi müsahibə verilib. Mərkəzin “Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adətənənələrinin təbliğ edilməsi” layihəsi çərçivəsində hazırladığı “Azərbaycanda xristian irsi” sənədli filmi Albaniyanın Dövlət Radio Televiziyasında yayımlanıb. Mərkəz tərəfindən hazırlanan sənədli filmdə Azərbaycanda yaşayan xristianlar, onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti barədə geniş məlumat verilir. “Euronews” kanalı  2024-cü ildə 10 illiyini qeyd edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ilə bağlı xüsusi proqram hazırlayıb.

2018-ci ilin oktyabr ayından etibarən yayımlanan və BBMM-in Azərbaycan Televiziyası (AzTV) ilə birgə telelayihəsi olan “Multikulturalizm” verilişi cari il ərzində də davam edib. 2024-cü ildə “Multikulturalizm” verilişinin 9 buraxılışı yayımlanıb.

Ümumiyyətlə 10 il ərzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti, gördüyü işlər Azərbaycan multikulturalizminin inkişafına, dünyada təbliğinə mühüm töhfələr verib. Bu günədək üzərinə düşən vəzifələrin öhdəsindən məsuliyyətlə gələn BBMM növbəti illərdə də Azərbaycandakı tolerant və multikultural mühitin, eləcə də mədəni və dini müxtəlifliyin qorunması, təbliği və tədqiqi istiqamətində fəaliyyətini yerli və beynəlxalq səviyyədə uğurla davam etdirəcək.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:322
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 29 Dekabr 2024 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri