Müxalifət Brüsselə təlimatlanmağa çağırılıb
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili müxalifətin son zamanlar artan siyasi fəallığına münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, nazir müxalifət nümayəndələrinin Brüsselə səfərini Gürcüstan əleyhinə koordinasiyalı fəaliyyətin bir hissəsi kimi dəyərləndirib.
M.Boçorişvili onların oraya “yeni təlimatlar almaq” üçün çağırıldıqlarını iddia edib.
“Bu, daha çox Brüsseldə bürokratlardan yeni göstərişlər almağa bənzəyir – necə davranmalı, hansı addımları atmalı olduqları barədə. Müxalifət və bəzi siyasi fəallar arasında koordinasiyalı fəaliyyət müşahidə edirik. Yəqin ki, yeni təlimatlar alacaq və həmin əsasda gələcəkdə müxtəlif aksiyalar planlaşdıracaqlar”, - deyə XİN rəhbəri bildirib.
Nazir qeyd edib ki, Gürcüstan hakimiyyəti bütün bu fəaliyyətlərə qarşı cavabını iş və real fəaliyyətlə verir:
“Biz ölkədə sabit inkişaf imkanlarının təmin olunması istiqamətində çalışırıq. Müxalifətin təxribatlarına cavabımız konkret və ardıcıl fəaliyyətdir”.
Baxış sayı:117
Bu xəbər 11 İyun 2025 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















