Icma.az
close
up
RU
Qəzənfər Hüseynov: Zabuxda erməni yaşayıb ki, orada erməni mədəni irsi Ağavno kilsəsi olsun?

Qəzənfər Hüseynov: Zabuxda erməni yaşayıb ki, orada erməni mədəni irsi Ağavno kilsəsi olsun?

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Deməli, bütün laçınlıların təsdiq etdiyi kimi, Laçın və kəndlərində işğala qədər bir nəfər də olsun erməni yaşamadığı halda, hazırda bu məlunlar “orada bizim erməni irsimiz məhv edilir” şüarı ilə şivən salır, dünyaya “məzlum erməni” oyunları oynayır.


Adalet.az xəbər verir ki, erməni saytları və sosial şəbəkələri Zabuxda 1998-ci ildə bünövrəsi qoyulmuş bir kilsənin “dağıdılması” ilə bağlı növbəti konsertinə başlayıb. Ermənilər tərəfindən adına “Müqəddəs Şəhidlər Kilsəsi” qoyulmuş həmin tikili 2002-ci ildə başa çatdırılıb. Erməni mediası yazır: “Ağavno (Zabux) kilsəsinin tikintisinə birinci Qarabağ müharibəsi zamanı həmin ərazilərə qarnizona rəhbərlik etmiş “Milli Öz Müqəddəratını təyinetmə Birliyi” partiyasının rəhbəri Paruyr Hayrikyan təşəbbüs edib.
Kilsə Paruyr Hayrikyan və partiya üzvlərinin ianələri hesabına tikilib.Kilsənin tikintisini də çarmıxa çəkilmiş İsanın divarına həkk olunmuş barelyefini də amerikalı-erməni xeyriyyəçisi Vahe Karapetyan maliyyələşdirib.
Kilsə məşhur memar Bağdasar Arzumanyan tərəfindən layihələndirilib və Kaşatağ (Laçın, Qubadlı və Zəngilan rayonlarını əhatə edən ərazilərə ermənilərin verdiyi ad – Ə.R) inzibati ərazi dairəsinin rəhbəri Aleksandr Akopyanın dövründə tikilib”.
Əslində ermənilər də bilir ki, başqasının torpağında icazəsiz nəsə tikməyin mənası yoxdur. Buna baxmayaraq yenə yalanlarla özlərinə haqq qazandırmağa çalışırlar:” Kilsə yaxınlığında ətrafdan tapılmış X-XI əsrlərə aid xaçkar qoyulmuşdu.
Bunun üzərinə arxa cızıqları aradan qaldırmaq texnikasından istifadə edərək iki sadə, cüt loblu xaç oyulmuşdur”.


36 il Azərbaycana qarşı separatizm və terrorla məşğul olanların və bu döyüşlərdə ölənlərin “şərəfinə” qoyulmuş kilsənin Azərbaycan xalqı tərəfindən “hörmətlə” saxlanacağını düşünən axmaq erməni yenə  yazır:” Xatırladaq ki, müstəqillik əldə etdikdən sonra (işğalı deyirlər-red- Ə.R) Qarabağda 12 kilsə tikilib. “Onlar əbədi olaraq bizimlədirlər” və ən altda isə həlak olmuş azadlıq döyüşçülərinin adları yazılıb”.


Vaxtı ilə Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini olmuş, Laçınlı ziyalı Qəzənfər Hüseynovla da əlaqə yaradıb, ermənilərin Laçınla, Zabuxla bağlı iddialarına onun da münasibətin öyrənmək istədik:”Dahi şəxsiyyətlərin dediyi erməni həyasızlığı bu olsa gərək” deyən Qəzənfər müəllim də bildirdi ki, Laçında, türk, kürd, rus yaşayıb, amma toplu şəkildə, kənd olaraq ermənilər yaşamayıblar:" Sovet dönəmində Laçınla qonşu olan Qərbi Zəngəzur ərazisinə, eləcə də Gorus rayonuna Rusiya tərəfindən haylar köçürülüb. Xüsusən də, İran ermənilərini...
1992-ci ildə Laçın işğal olundu və ermənilər kütləvi şəkildə Laçına yerləşdirildi. Baxdılar ki, məskunlaşdırma qənaətbəxş deyil, yetərsay yoxdu. Bu dəfə Suriyadan, İraqdan və bəzi yerlərdən xeyli erməni gətirilib ora yerləşdirildi. Məsələn, Zabux kəndinə ermənilərin əksəriyyəti təxminən 2012-2013-cü illərdə Suriyadakı müharibə nəticəsində qaçqın düşərək qanunsuz olaraq yerləşdirilib. Necə ola bilər ki, başqasının torpağında, həm də işğal etdiyin ərazidə qanunsuz tikdirdiyin (1998-2002) kilsə sənin mədəni irsin sayıla bilər? Əgər erməniləri Laçına , Zabuxa baxlayan bir hiss olsaydı köçüb gedərkən yaşadıqları evləri yandırmazdılar...

Eşitdinizmi ki, ya bir laçınlı, ya bir zabuxlu işğala məruz qalarkən , evini tərk etmək məcburiyyətində olarkən, evini yandırsın? Yox! Deməli, işğalçıların nə qədər izi varsa, Qarabağdan silinməli, Laçın rayon mərkəzində, eləcə də Zabux kəndində qanunsuz olaraq tikilmiş kilsələr, qurulmuş xaçkarlar - xaç daşları sökülməlidir.
Ermənilərin “erməni mədəni irsi” iftiralarına ancaq ermənipərəst qüvvələr inanacaq, yox, özünü inanmış kimi göstərib, Azərbaycana təzyiq göstərməyə çalışacaq. Erməninin “fakt” kimi ortaya qoyduğu iftiraların əsası olmadığı kimi beynəlxalq ermənipərəst təşkilatların da hücumu nəticəsiz qalacaq”.


Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Dekabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri