Icma.az
close
up
RU
Muxtar Babayev: Bakı harmoniyası kənd icmalarının hüquqlarının genişləndirilməsi və iqlimə uyğunlaşma istiqamətində addım olacaq

Muxtar Babayev: Bakı harmoniyası kənd icmalarının hüquqlarının genişləndirilməsi və iqlimə uyğunlaşma istiqamətində addım olacaq

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda COP29-da təqdim edilən "Bakı harmoniyası" iqlim təşəbbüsü torpaqların bərpası və quraqlığa davamlılığın artırılması səylərinin genişləndirilməsində mühüm addım olacaq.

“Report” xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində Ər-Riyad şəhərində maliyyə məsələləri üzrə nazirlər dialoqunda bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs kənd icmalarının, qadınların, gənclərin hüquq və imkanlarının genişləndirilməsinə yönəlib.

"Bu təşəbbüs çoxtərəfli və milli inkişaf bankları arasında əməkdaşlığın genişləndirilməsi yolu ilə kənd təsərrüfatının iqlim dəyişikliyinə davamlılığını təmin etməyə yönəlib. Əsas məqsəd maliyyələşmə boşluqlarının aradan qaldırılması, eləcə də fermerlərin torpaq erroziyasının qarşısının alınması və dayanıqlı kənd təsərrüfatı metodlarının tətbiqi yolu ilə dəyişən iqlimə uyğunlaşmasına dəstək göstərməkdir", - o bildirib.

M.Babayev COP29-dakı digər nailiyyətlər arasında Paris Sazişinin 6-cı maddəsinin tam qüvvəyə minməsini, eləcə də İtki və Zərər üzrə Fondun işə salınmasını qeyd edib.

Fond barədə danışan COP29-un prezidenti vurğulayıb ki, bu fond quraqlıq da daxil olmaqla iqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkən ölkələrə əhəmiyyətli maliyyə dəstəyi göstərəcək: "Bu, iqlim itkiləri və zərərləri probleminin həlli yolunda böyük addımdır. Eyni zamanda o, həssas icmaların torpaqların deqradasiyasının nəticələri ilə mübarizə aparmasına kömək edir".

Muxtar Babayevin sözlərinə görə, Paris Sazişinin 6-cı maddəsinin tam işləməsi beynəlxalq karbon bazarlarının formalaşmasına imkan verəcək. Bu da həm dövlət, həm də özəl investisiyaları cəlb edərək torpaq və meşə təsərrüfatının bərpası üçün yeni maliyyə imkanları yaradacaq.

"Bu maliyyə mexanizmlərinin potensialını tam reallaşdırmaq üçün əsas maneələri aradan qaldırmaq lazımdır. Normativ aktlar və maliyyə stimulları vasitəsilə özəl sektorun iştirakı üçün daha əlverişli şəraitin yaradılması həlledici əhəmiyyət kəsb edir. Qrantlar, subsidiyalar və vergi güzəştləri də daxil olmaqla dövlət maliyyələşdirməsi həm ekoloji, həm də sosial faydalar gətirən uzunmüddətli bərpa layihələrinin həyata keçirilməsinə kömək edə bilər. Birlikdə biz torpaqlarımızın bərpasını dəstəkləmək və dayanıqlı gələcəyi təmin etmək üçün maliyyə sistemini dəyişdirə bilərik", - M.Babayev əlavə edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://report.az
archiveBu xəbər 03 Dekabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see221

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see196

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see187

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see186

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see183

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see169

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see161

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see146

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see145

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see141

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see139

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see138

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see137

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see132

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see125

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see124

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri