Muxtariyyətin Baş naziri: Qrenlandiya Danimarkadan ayrılaraq müstəqil olmalıdır
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Danimarkanın tərkibində muxtariyyət statusuna malik Qrenlandiyanın Baş naziri Mute Eqede müstəqillik istədiklərini bəyan edib.
APA-nın DW-yə istinadən verdiyi xəbərə görə, Mute Eqede deyib ki, Danimarka Krallığı ilə əməkdaşlıqları tam bərabərliyin təmin olunmasına gətirib çıxarmayıb.
“Əgər biz bundan sonra da Danimarka Konstitusiyasından çıxış etsək, bərabərhüquqlu əməkdaşlığa nail olmaq mümkün olmayacaq. Bizim digər ölkələrlə əməkdaşlığımız və ticarət əlaqələrimiz yalnız Danimarka üzərindən davam edə bilməz. Son illər Qrenlandiya parlamenti və hökuməti əsas məqsədi Danimarkadan ayrılmaq olan Konstitusiyamızın hazırlanması istiqamətində addımlar atmaq üçün birgə çalışıb”, - deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki, Qrenlandiya dünyada ən böyük adadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 05 Yanvar 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















