Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Yaşar Nurinin qızı dünyasını dəyişib

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Dünyanın ən nəhəng abidələri

MY, “Liverpul” və “Çelsi” 31 ildən sonra eyni gündə uduzdu!

MY, “Liverpul” və “Çelsi” 31 ildən sonra eyni gündə uduzdu!

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərə nəhəngləri hesabat turunu boşa verdi. MY, “Liverpul” və “Çelsi” uduzdu, üstəlik “Tottenhem” də xal itirdi. Düzdü, nəhənglərdən MS inamlı, “Arsenal” çətin qələbə qazandı.

"Football-plus az" xəbər verir ki, indi premyer-liqada yalnız bir məğlubedilməz komanda var. Və o da “Liverpul” deyil. Mersisaydlıların bəxt limiti “Kristal Pelas”la səfər oyununda bitdi. Yeri gəlmişkən, məhz bu komanda Superkubok uğrunda oyunda “Liverpul”u məğlub etmişdi.
Maraqlıdı ki, Sarr 9-cu dəqiqədə hesabı açandan sonra da “qartallar” sakitləşmədi. Anderdoq favoritə, sadəcə, qan uddururdu. Qonaqların müdafiəçiləri, xüsusən də Konate zəif oynadı, Alisson isə qapıda möcüzələr yaratmaqla ilk yarıda fərqin darmadağın həddinə çatmasına imkan vermədi. 2-ci hissədə Slotun əvəzəetmələri oyunun axarını dəyişdi.
Frimponq məhsuldar hücumda iştirak etdi, Kyeza bərabrlərlik topunu vurdu. Düşünmək olardı ki, “Liverpul” bu dəfə də məğlubiyyətdən qurtuldu. Ancaq 8-ci uzatma dəqiqəsində Nketia növbəti dəfə favoriti cəzalandırdı. Onu da qeyd etməyə dəyər ki, referi Kavana əsas vaxt 6 dəqiqə əlavə etmişdi, ancaq komandalar bundan artıq oynadı. Ancaq bu iddianın yeri yoxdu, “Pelas” daha yaxşı oynadı, yeganə məğlubiyyətsiz komanda adını qorumağı haqq etdi. “Liverpul” isə son vaxtlar dəfələrlə uzatma dəqiqələrində qəbələ topunu vurmuşdusa, bu dəfə eyni şəkildə cəzalandı.
“Mançester Siti” “Arsenal”la oyundakı xal itkisinin ardından “Bernli”ni qəbul etdi. Hesab 12-ci dəqiqədə açıldı: qapıçı Dubravka Dokyunun zərbəsini qaytarsa da, Estevə dəyən top tora düşdü. Meydan sahibləri hücumları davam etdirsələr də, fasilə ərəfəsində Entoni hesabı bərabərləşdirdi. 2-ci hissənin əvvəlində “Bernli” hətta irəli də çıxa bilərdi – Fosterin zərbəsindən sonra Nunyeşdən səkən top az qala Donnarummanın qoruduğu qapıdan keçəcəkdi. Yalnız satin tamamında “şəhərlilər” uğur qazana bildi – Holannın saxladığı topu Nunyeş yaxın küncə göndərdi. Qvardiolanın oyuna qoşduğu Bobb Estevin ikinci avtoqoluna səbəbkar oldu. Holannın zərbəsinin qarşısını Dubravka alsa da, norveçli meydandan qolsuz ayrılmaq fikrində deyildi. “Bernli” artıq müqaviməti dayandırandan sonra o da dubl etməyə imkan tapdı.
Mançesterin digər təmsilçisinin – “Yunayted”in halına ağlayan lazımdı. “Qırmızı şeytanlar” “Brentford”la səfər oyununun ilk 20 dəqiqəsində iki qol buraxsalar da, 26-cı dəqiqədə bunlardan birinin əvəzini çıxdılar. Bu oyunda həqiqət anı 76-cı dəqiqədə yetişdi. Fernandeş penaltini qola çevirsəydi, MY-nin məğlubiyyətdən qaçması mümkün idi. Ancaq portuqaliyalı ulduz Kelleherlə dueldən məğlub ayrıldı. Yensen isə 6-cı uzatma dəqiqəsində “Brentford”un 3-cü qolunu da vurdu.
“Brayton” “Çelsi” üzərində əzmkar qələbə qazandı. “Stemford Bric”də, adətən, inamlı oynayan “zadəganlar” “qağayılar”la bacarmadı. Londonluların startdakı təzyiqi qol gətirmədi. Qonaqların niderlandlı qapıçısı Verbrüggen Fernandes, Ceyms, Neto və Kururelyanın zərbələrinin öhdəsindən gəldi. “Brayton” əl-qol açmağa başlayırdı ki, Fernandes hesabı açdı. Bəlkə də “Çelsi” bu oyunda inamlı qələbə qazanacaqdı. Sadəcə, 53-cü dəqiqədə Çalobanın “son ümid folu”na görə meydandan qovulması oyunun axarını dəyişdi. Say üstünlüyü qazanan qonaqlar inadla rəqib müdafiəsindən boşluqlar axtarmağa başladı. Uelbekin 77-ci dəqiqədə hesabı bərabərləşdirməsi “zadəganlar”ın həyəcanını artırdı. Uzatma dəqiqələri isə onların fiaskosuna çevrildi. Əvvəlcə De Keyper, ardından Uelbek fərqləndi. “Çelsi” cari mövsümdə ilk ev məğlubiyyətini aldı.
“Nyukasl” – “Arsenal” oyununun nəticəsi də maraq doğururdu. Premyer-liqada ən az qol buraxan komandaların dueli təhükəli vəziyyətlərlə zəngin oldu. Hesabı 34-cü dəqiqədə künc zərbəsinin ardından “sağsağanlar”, daha dəqiqi, Voltemade açdı. Bundan sonra meydan sahibləri sıx müdafiə olunmağa üstünlük verdi. Təbii ki, “Arsenal” da get-gedə təzyiqi artırırdı. “Topçular”ın təzyiqi sonda bəhrə verdi. Sonradan oyuna qoşulan futbolçulardan biri Merino çoxsaylı künc zərbələrindən birini qola çevirdi. Uzatma dəqiqələrində yenə korner, yenə qol… Poupun fədakarlığı da “Nyukasl”ı xilas etmədi. “Arsenal” premier-liqada standart vəziyyətlərdən yararlanmaq üzrə ustadı.
Turun qalan oyunlarına gəlincə, “Tottenhem” məğlubiyyətdən son anda qaçdı, 4 qolun vurulduğu “Lids” – “Bornmut” oyunu heç-heçə bitdi, “Nottingem Forest” Ange Postekoğlunun rəhbərliyi altında keçirdiyi 3-cü oyunda da qələbə qazana bilmədi, “Aston Villa” qələbə xanasındakı 0-ı sildi. Dünən axşam keçirilən son oyunda “Everton”la “Vest Hem” “sülh bağladı”.
6-cı tur
Kristal Pelas – Liverpul 2:1

Sarr, 9. Nketia, 90+8 – Kyeza, 87. (25118)
Liverpul: Alisson, Bredli (Qakpo, 46), Konate (Frimponq, 74), Van Diyk, Kerkez, Qravenberx, Makallister (Cons, 65), Salah, Soboslai, Virts (Kyeza, 74), İsak (Nqumoa, 84).
Mançester Siti – Bernli 5:1
Estev, 12-öz qapısına; 65-öz qapısına. Nunyeş, 61. Holann, 90; 90+3 – Entoni, 38. (52427)
MS: Donnarumma, Nunyeş, Diaş, Qvardiol (Ake, 70), O’Rayli (Lüis, 83), Niko, Savinyo (Bobb, 62), Reynders (B.Silva, 83), Foden, Dokyu, Holann.
Brentford – Mançester Yunayted 3:1
Tyaqo, 8; 20. Yensen, 90+6 – Şeşko, 26. (17193)
MY: Bayındır, De Liqt, Maquayr (Yoro, 66), Şou (Maunt, 81), Dalot, Uqarte (Maynu, 66), Fernandeş, Dorqu (Zirkzee, 85), Mbemo, Kunya, Şeşko.
Çelsi – Brayton 1:3
Fernandes, 24 – Uelbek, 77; 90+10. De Keyper, 90+2. (39597)
Çelsi: Sançes, Ceyms, Çaloba, Hato (Badyaşil, 79), Kukurelya, Santos (Açimponq, 54), Kaysedo, Estevao (Hüsto, 64), Fernandes, Neto (Lavia, 79), Pedro.
Nyukasl – Arsenal 1:2
Voltemade, 34 – Merino, 84. Qabriel, 90+6. (52199)
Arsenal: Rayya, Timber, Moskera (Saliba, 46), Qabriel, Kalafyori (Merino, 70), Eze, Subimendi (Edeqor, 82), Rays, Saka (Martinelli, 70), Dyökereş, Trossar (Lüis-Skelli, 88).
Tottenhem – Vulverhempton 1:1
Palyinya, 90+4 – Bueno, 54. (60537)
Tottenhem: Vikario, Spens (Porro, 63), Romero, Van de Ven, Udoci (Tel, 84), Berqvall (Sarr, 78), Palyinya, Bentankur (Conson, 62), Kudus, Rişarlison, Simons (Odober, 78).
Lids – Bornmut 2:2
Rodon, 37. Lonqstaff, 54 – Semenyo, 26. Krupi, 90+3. (36574)
Nottingem Forest – Sanderlend 0:1
Alderete, 38. (30226)
Aston Villa – Fulhem 3:1
Uotkins, 37. Makqinn, 49. Buendia, 51 – Ximenes, 3. (40350)
Everton – Vest Hem 1:1
Kin, 18 – Bouen, 65. (51890)
1. Liverpul 6 5 0 1 12-7 15
2. Arsenal 6 4 1 1 12-3 13
3. Kristal Pelas 6 3 3 0 8-3 12
4. Tottenhem 6 3 2 1 11-4 11
5. Sanderlend 6 3 2 1 7-4 11
6. Bornmut 6 3 2 1 8-7 11
7. Mançester S. 6 3 1 2 14-6 10
8. Çelsi 6 2 2 2 11-8 8
9. Everton 6 2 2 2 7-6 8
10. Brayton 6 2 2 2 9-9 8
11. Fulhem 6 2 2 2 7-8 8
12. Lids 6 2 2 2 6-9 8
13. Brentford 6 2 1 3 9-11 7
14. Mançester Y. 6 2 1 3 7-11 7
15. Nyukasl 6 1 3 2 4-5 6
16. Aston Villa 6 1 3 2 4-6 6
17. Nottingem Forest 6 1 2 3 5-10 5
18. Bernli 6 1 1 4 6-13 4
19. Vest Hem 6 1 1 4 6-14 4
20. Vulverhempton 6 0 1 5 4-13 1
Bombardirlər: Holann (MS) – 8, Tyaqo (Brentford), Semenyo (Bornmut), Entoni (Bernli) – 4.
Növbəti turun oyunları oktyabrın 3-5-i aralığında keçiriləcək: Bornmut – Fulhem, Lids – Tottenhem, Arsenal – Vest Hem, Mançester Yunayted – Sanderlend, Çelsi – Liverpul, Aston Villa – Bernli, Vulverhempton – Brayton, Nyukasl – Nottingem Forest, Everton – Kristal Pelas, Brentford – Mançester Siti.
Turun rəqəmi
93 – premyer-liqada qol sayını 93-ə çatdıran Holann İngiltərə çempionatı tarixinin ən məhsuldar norveçli oyunçusudu. Erlinq bu qədər qolu 103 oyunda vurub. O, premyer-liqada keçirdiyi 235 oyunda 91 qol vuran Ole-Qunnar Sulşeri arxada qoydu.
Turun ulduzu
İqor Tyaqo (Brentford) – Holann da dubl edib, ancaq biz braziliyalı hücumçuya üstünlük verdik. O, ilk 20 dəqiqədə iki qol vurmaqla MY-nin müqavimətini qırdı. Digər tərəfdən, MS-nin rəqibi “Bernli”nin aşkar autsayder olduğunu da unutmayaq.
Turun sitatı
Martin Kioun, “Arsenal”ın sabiq müdafiəçisi:

“Potter “Vest Hem”dəki işini itirdi, niyə Amorimlə bağlı eyni hadisə baş vermir? Yalnız ona görə ki, ser Aleks Ferqyuson gedəndən sonra 12 ildə artıq 9-cu məşqçidi? Bir oyun üslubuna belə inadkarcasına bağlılıq komandanı zəif salır. Sabiq komandasına qarşı oynayan Mbemo indi düşümür ki, ilahi, mən nəyə imza atmışam? MY böyük faciə içindədi, qərar verməl lazımdı”.


Faktlar
* MY, “Liverpul” və “Çelsi” son 31 ildə ilk dəfə premyer-liqada eyni gündə uduzdu. Sonuncu dəfə belə hadisə 1994-cü il aprelin 16-da, yəni 31 il və 164 gün əvvəl baş vermişdi.
* “Liverpul”un qələbə seriyasına son qoyan “Kristal Pelas” 18 oyunluq məğlubiyyətsiz seriyasını təkrarladı. Bundan başqa, londonlular tarixində ilk dəfə premyer-liqada 12 oyunluq məğlubiyyətsiz seriya yaxalayıb. Bu seriya ötən mövsümdən bəri davam edir.
* Fernandeş premyer-liqada debüt etdiyi gündən bəri boşa verilən penaltilərin sayına görə lider oldu. Portuqaliyalı 29 dəfə “nöqtə”yə yaxınlaşıb və bunların 6-da uğursuzluq yaşayıb. Salah 33 zərbədən 5-ni, Mitroviç 10 zərbədən 5-ni boşa verib.
* MY “Brentford”la duellərdə antirekord müəyyənləşdirdi – son 88 ildə ilk dəfə bu komandaya çempionatda ardıcıl iki dəfə uduzdu. Mankunianlar ötən mövsüm də çempionatda məğlubiyyətlə barışmışdı – 3:4.
* Amorim Portuqaliya çempionatıyla müqayisədə premyer-liqada daha çox uduzub. “Brentford”la oyun portuqaliyalı mütəxəssisisn karyerasında yüksək divizionlarda baş məşqçi kimi 200-cü sınaq idi. O, premyer-liqada iş başında olduğu 33 oyunda 17 dəfə, vətənində isə 167 oyunda 14 dəfə uduzub. Amorimin əvvəllər “Braqa” ilə “Sportinq”i çalışdırdığını da xatırladaq.
* “Sanderlend” 2005-ci ildən bəri premyer-liqanın debütantları arasında ən yaxşı nəticə göstərən komandadı. “Qara pişiklər”in artıq 11 xalı var. Premyer-liqa tarixində debütantlardan yalnız “Vest Hem” 2005/06 mövsümündə bundan da yaxşı start götürüb – 6 oyunda 13 xal.
* MS-nin heyətində qol sayını 133-ə çatdıran Holann klub tarixinin bombardirləri siyahısında ilk “10-luğ”a daxil oldu. 25 yaşlı norveçli Billu Gilespu və Fred Tilsonu (hərəyə 132) arxada qoymaqla 9-cu pilləyə yüksəldi. Lider isə Serxio Aquerodu (260).
* “Arsenal” 2023/24 mövsümünün startından bəri künc zərbəsindən sonra 36 qol vurub. Bu isə 2-ci yeri bölüşən “Çelsi” və “Tottenhem” ilə müqayisədə 15 vahid artıqdı.
Oyundan sonra
Ruben Amorim, MY-nin baş məşqçisi:

“Əlbəttə, qalib gəlmək istəyirik. Oyunun axarına nəzarət etmədik, “Brentford”un istədiyi kimi oynadıq. Bütün həlledici məqamlar əleyhimizə oldu. Yenidən uduzmaq çox ağırdı, ancaq növbəti matç haqda düşünməliyik. İlk qol uzun ötürmədən sonra vuruldu. Biz həftə boyunca həm bunun, həm də standart vəziyyətlərin üzərində işləmişdik. Yaxşı oynamaq lazımdı. Öz futbolumuzu oynamadıq. Yalnız bəzi məqamlarda oyunun axarına nəzarət etdik. Heç vaxt iş yerini itirməklə bağlı narahat olmuram – mən belə adam deyiləm. Burda olduğum müddət ərzində vəziyyəti düzəltmək üçün əlimdən gələni edəcəm”.


Arne Slot, “Liverpul”un baş məşqçisi:

“İlk yarı çox çətin oldu. Rəqib həqiqətən yaxşı oynadı, qolu haqq etdi, bəxtimiz gətirdi ki, hesab cəmi 0:1 oldu. İkinci hissədə hər şey tərsinə oldu. Sona az qalmış hesabı bərabərləşdirdik. Ancaq standart vəziyyətdən vurulan qol rəqibə qələbə qazandırdı. Rəqabət aparmaq istəyiriksə, standart vəziyyətlərdə iş baxımından daha müsbət göstəricilərə ehtiyacımız var. Xüsusən də bu liqada. Ötən mövsüm bu, ən güclü tərəflərimizdən biri idi, indi isə həm “Nyukasl”dan, həm də “Kristal Pelas”dan iki belə qol buraxdıq. Bu çempionatda standart vəziyyətlər getdikcə daha vacib rol oynayır”.


Pep Qvardiola, MS-nin baş məşqçisi:

“Çox yaxşı oynadıq. Ola bilsin, tempi aşağı saldığımız 10-15 dəqiqə istisna idi. İkinci hissə tam fərqli alındı. Həqiqətən də oyunumuzdan razıyam. “Yunayted”lə oyundan sonra əhval-ruhiyyəmiz daha da yaxşılaşıb. Komanda vahiddi, möhkəmdi, hər kəs bir-birini dəstəkləyir”.


Entso Mareska, “Çelsi”nin baş məşqçisi:

“Çox acı məğlubiyyətdi, ona görə ki, oyunun axarına biz nəzarət edirdik. Rəqibə nəsə yaratmağa imkan vermirdik. İlk yarıda çoxlu zərbə vurduq, topa 70 faiz nəzarət etdik, hər şey yaxşı idi. Ancaq səhvimiz, qırmızı vərəqə üzündən oyunla bağlı plan tam dəyişdi. İki oyun alındı, ilk yarıda fərqli, qırmızı vərəqədən sonra fərqli. Əlbəttə, belə səhvləri davam etdirmək olmaz”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Qürur duyuram, düşünürəm ki, qələbəni haqq etdik. Oyunumuz, mübarizəmiz, yaratdığımız imkanlar ilə qələbəyə layiq idik. Dramatik, ancaq haqlı qələbə qazandıq. Başqa səviyyəyə bax belə yüksəlirsən. Belə çətin anlardan keçməklə, dərs çıxarmaqla. Bu gün yetərincə yüksək sabitlik və ustalıq səviyyəsi göstərdik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Oktyabr 2025 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17652

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1063

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see242

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see192

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see188

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see139

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see137

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see135

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see135

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see130

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see126

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see125

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri