Icma.az
close
up
RU
“N” ilə başlayan oyun

“N” ilə başlayan oyun

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Dünyanın qlobal neft istehlakında Venesuelanın payı heç 1%-ə çatmır. 2025-ci ilin noyabrında ölkə gündə 921,000 barrel neft ixrac edirdi. Bunun da 80%-i (746,000 barrel) Çinə gedirdi. Çinin İnkişaf Bankı Venesuelada “kredit əvəzinə neft” proqramını həyata keçirirdi. 2007-ciildə başlayan proqram son zamanlar 60 milyard dollara qədər genişlənmişdi. Əlaqələr o həddə çatmışdı ki, hətta Şandongdakı neft emalı zavodları xüsusi olaraq Venesuelanın “Merey 16” markalı neftini emal etmək üçün optimallaşdırılmışdı.
Venesuela nefti adətən Malayziyanın limanlarına daşınır, orada Çinə məxsus tankerlərə yüklənirdi. ABŞ-nin sanksiyalarından yayınmaq üçün çox vaxt bu prosedur zamanı neftin rebrendinqi keçirilir və mənşəyi ört-basdır edilirdi.
Hazırda Venesuela neftinin ixracının ABŞ-nin “Chevron” şirkətinin yaratdığı birgə müəssisələrin nəzarətinə keçməsi Çin iqtisadiyyatına zərbə olacaq. Çünki Pekin Venesuela neftini standart bazar qiymətindən xeyli ucuz əldə edirdi. Venesuela neftinin bir barreli Çinə 10-13 dollara başa gəlirdi. Amma məsələ təkcə qiymətdə də deyil. Son 20 ildə logistika, texniki və digər baxımlardan da Çin iqtisadiyyatı Venesueladan neft ixracına uyğunlaşdırılmışdı. İndi isə Pekin yaranan boşluğu Kanada və Fars körfəzi neftinin hesabına doldurmağa çalışacaq.
Çinin “China Concord Resources Corp" (CCRC) özəl neft şirkəti Venesuelada “Laqo Sinko” və “Laqunilyas” adlı iki neft yatağının işlənməsinə 1 milyard dollar investisiya ayırmışdı. Ötən ilin mayında imzalanan 20 illik müqaviləyə görə, 2026-cı ilin sonlarına doğru iki yataqdan gündəlik neft hasilatı 60 min barrelə çatmalı idi. Sentyabrda Çindən 60 mütəxəssis 100 quyuda neft hasilatını bərpa etmək üçün Venesuelaya gəlmişdi. Həmin quyularda hasilat son illərdə sanksiyalar səbəbindən yaranan texniki və sərmayə çatışmazlığına görə gündə 10-12 barrelə qədər düşmüşdü. Çin mühəndisləri onları “diriltməli” idilər.
2019-cu ildə ABŞ Venesuelaya sanksiya tətbiq edəndən sonra da Çinin dövlət neft nəhəngi CNPC bura sərmayə qoymağa davam edirdi. Məsələ ondadır ki, 2020-ci ildə Venesuela hökumətinin ABŞ sanksiyalarından yayınmaq üçün qəbul etdiyi proqram çərçivəsində neft quyularına sərmayə qoyan xarici ölkələr hasilatda pay bölgüsünə sahib olmaq imkanı qazanmışdılar. Çin bu imkandan gen-bol istifadə edirdi.
Maraqlıdır ki, ABŞ-nin müdaxiləsindən bir həftə əvvəl Venesuela prezidenti Nikolas Maduro Karakasdakı prezident sarayında Çin lideri Si Cinpinin xüsusi nümayəndəsi Kiu Siaoqi (Qiu Xiaoqi) ilə görüşmüşdü. Bununla bağlı Maduro “Telegram” kanalında yazıb: “Biz strateji əlaqələrimizi gücləndirmək və müxtəlif sahələrdə inkişaf etdirmək niyyətimizi bir daha təsdiqlədik. Məqsədimiz sülhün və inkişafın olduğu çoxqütblü dünya quruculuğuna nail olmaqdır”.
Göründüyü kimi, dünyada heç nə dəyişməyib: yenə də geosiyasət neftin üzərində qurulur, siyasi oyunlar neftin üzərində aparılır. Alternativ enerji haqqında nə qədər danışılsa da, 21-ci əsrin sona qədər neft işarəsi altında keçəcəyi bir daha təsdiqləndi. Çünki neft təkcə yanacaq deyil. Həm də sənayenin və güclü iqtisadiyyatın damarlarından axan qandır. Demək, güclü dövlətlərin də damarlarından qara qan axmaqda davam edəcək. Qalanların isə sadəcə, qanı qara olacaq.
Vüsal Məmmədov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Yanvar 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see215

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see204

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see203

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see195

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see189

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see185

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see185

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see181

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see177

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see177

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see175

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see171

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see171

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see169

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see167

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see167

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see166

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see165

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see161

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri