Icma.az
close
up
RU
Nadir sikkələrimiz ümumdünya pul sərgisində

Nadir sikkələrimiz ümumdünya pul sərgisində

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın milli dağ-mədən şirkəti “AzerGold” QSC-nin ölkəmizin tarixi-mədəni irsini və nadir fauna növlərini əks etdirən qızıl və gümüş sikkələri ilk dəfə olaraq Berlin şəhərində keçirilən Ümumdünya Pul (Sikkə) Sərgisində nümayiş etdirilib.

Üç günlük sərgi çərçivəsində, təxminən, 50 ölkədən milli zərbxanalar və mərkəzi banklar da daxil olmaqla 320-dən çox iştirakçı öz məhsul və xidmətlərini beynəlxalq ictimaiyyətə təqdim edib. Sərgi müddətində “AzerGold” QSC-nin stendində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı “Smartminting” texnologiyası əsasında üçölçülü formatda hazırlanmış “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkə, Azərbaycanın tarixi Zəfərinin 5-ci ildönümü şərəfinə ithaf olunan “Zəfər” sikkəsi və “Qarabağ” kolleksiyasına aid qiymətli məhsullar, eləcə də ölkəmizin müasirliyini, tarixini, incəsənətini və qədim ənənələrini təbliğ edən digər sikkələr barədə ziyarətçilərə ətraflı məlumat verilib.

Ölkəmizin füsunkar təbiətini, nadir növlərin qorunması ideyasını və qabaqcıl istehsal texnologiyalarını özündə birləşdirən numizmatika layihəsi çərçivəsində hazırlanmış yeni nəsil gümüş sikkə kolleksiyası sərgi iştirakçılarının xüsusi marağına səbəb olub. Eyni zamanda, sərgi çərçivəsində Avropa şirkətləri ilə potensial tərəfdaşlıq imkanlarının müzakirəsi məqsədilə bir sıra işgüzar görüşlər keçirilib.

Xatırladaq ki, qiymətlilərin istehsalı üzrə qlobal trendlərin yaxından izlənilməsi baxımından mühüm əhəmiyyət daşıyan Ümumdünya Pul Sərgisi ilk dəfə 1972-ci ildə İsveçrənin Bazel şəhərində “Beynəlxalq sikkə mübadiləsi sərgisi” adı altında fəaliyyətə başlayıb. 2006-cı ildən etibarən Almaniyanın Berlin şəhərində təşkil olunan bu beynəlxalq tədbir hazırda bütün qitələrdən kolleksiyaçıları, dilerləri, texniki mütəxəssisləri və zərbxanaları bir araya gətirən qlobal miqyaslı nüfuzlu platforma kimi tanınır.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Fevral 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri