Nadir torpaq sazişinə düzəlişlər nəzərdən keçirilir
Icma.az bildirir, Manset portalına istinadən.
ABŞ prezidenti Donald Trampın administrasiyası nadir torpaq metalları üzrə Ukrayna ilə sazişin yekunlaşdırılmasını müzakirə edir.
Manset.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Şərtlərin Kiyev üçün iqtisadi baxımdan daha sərfəli olacağı dəqiqləşdirilir.
“Tramp administrasiyasının nümayəndələri təklif olunan sazişin Kiyevin iqtisadi maraqlarına daha uyğun olması üçün onun bəzi hissələrinə düzəlişləri müzakirə edirlər”.
Martın 31-də cənab Tramp deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski müqaviləni imzalamaqdan imtina edərsə, “böyük problemlə üzləşəcək”. Amerika lideri vurğulayıb ki, bu razılaşma sülh yolu ilə nizamlanma üçün tədbirlər kompleksinin bir hissəsidir.
Razılaşma fevral ayında Donald Trampın Vladimir Zelenski ilə ictimai mübahisəsindən sonra pozulub. Martın sonunda Ağ Ev rəhbəri sazişin hələ də imzalanacağına ümid etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 02 Aprel 2025 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















