Icma.az
close
up
RU
Naftalan nefti ilə Azərbaycan bir sıra dünya bazarlarına çıxa bilər Ekspert

Naftalan nefti ilə Azərbaycan bir sıra dünya bazarlarına çıxa bilər Ekspert

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Naftalan nefti Azərbaycanın sağlamlıq turizminə böyük töhfə verəcək.

Bunu Teleqraf.com-a açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov deyib. O bildirib ki, ölkə başçısı, cənab İlham Əliyevin Naftalan nefti ilə bağlı ötən il imzaladığı Sərəncamdan irəli gələrək verilən tapşırıqların icrası Naftalan neftinin dünyada tanıdılmasında və ölkəmizə gələn turistlərin sayının artmasında xüsusi əhəmiyyətə malik olacaq: “bu günədək Naftalan nefti əsasən MDB və sovet ölkələri arasında geniş populyarlığa malik olub. Bu ölkələr Naftalan məhsulunun müalicəvi əhəmiyyəti haqda məlumatlı olduğu üçün daim Azərbaycana axın ediblər. Lakin biz yalnız bu ənənəvi bazarlarla kifayətlənməməliyik. Naftalan nefti ilə Azərbaycan bir sıra dünya bazarlarına çıxa bilər. Bu məhsulu digər bazarlara çıxarmaq üçün Naftalan neftinin tədqiq olunmağa, daha müasir şərtlərlə təhlil olunmağa, dünyada yayılaraq təqdim olunmağa ehtiyacı var”.

Naftalan neftinin 70-dək xəstəliyin müalicəsində istifadə olunduğunu bildirən ekspert qeyd edib ki, məhsulun serifikatlaşdırılması isə xarici bazarlarda yarana biləcək bir sıra sualları aradan qaldıracaq.

Naftalanın turistik əhəmiyyəti

Qeyd edək ki, ötən ilin doqquz ayında Naftalan şəhərinin iqtisadiyyatının əsasını təşkil edən turizm sektorunda ciddi inkişaf qeydə alınıb. Belə ki, doqquz ayda şəhərə gələn turistlərin sayı daha öncəki ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq 33 min 30 nəfər olub ki, onlardan 11 min 791 nəfərini 40 ölkədən gələn xarici turistlər təşkil edib.

Bundan əlavə, qeyd edək ki, Azərbaycanın sağlamlıq turizmi baxımdan xüsusi əhəmiyyətə malik olan Naftalanda ümumilikdə 20-ə yaxın hotel və müalicə mərkəzi fəaliyyət göstərir.

Yen il bayramında Naftalanda gecələyən əcnəbilərin sayı

Naftalan Rayon İcra Hakimiyyətinin rəsmi məlumatına əsasən, hazırda Naftalanda bir gündə dörd minə yaxın turist gecələyə bilər. Naftalan RİH-in məlumatına görə, təkcə Yeni İl bayramında Naftalanda yerləşən müasir hotel və istirahət mərkəzlərində ümumilikdə 3000-dən çox turistin axın etdiyi qeydə alınıb ki, onların 24 %-ni 22 xarici ölkədən gələn turistlər təşkil edib.
Naftalan nefti ilə bağlı ölkə başçısının Sərəncamı

Xatırladaq ki, ölkə başçısı Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin genişləndirilməsi, eləcə də Naftalan şəhərinin sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılması məqsədilə 28 sentyabr 2024-cü il tarixində Sərəncam imzalayıb.
Qeyd edək ki, 2024-cü ildə gəlmə turizmi üzrə ümumilikdə ölkəyə 1 milyon 708 min 922 turist gəlib ki, onların 21 min 807-si və ya 1.28%-i məhz müalicə məqsədilə Azərbaycana üz tutublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 22 Yanvar 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri