Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

​NAFTALİN BEYİNLİ İMPERİYAÇI LİBERAL... Latınina Qarabağdan Krıma necə “keçib”?

​NAFTALİN BEYİNLİ İMPERİYAÇI LİBERAL... Latınina Qarabağdan Krıma necə “keçib”?

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycanda bir çoxları hələ də Rusiyadan ümidini üzməyib. Bunların arasında Rusiyada hansı quruluşun hökm sürməsindən asılı olmayaraq mental baxımdan ruslaşmışlar - “rus aşiqləri” ilə yanaşı, nə vaxtsa Rusiyanın dəyişəcəyinə, sivil dünyaya, xüsusilə də qonşularına qarşı münasibətinin normal, ədalətli və qarşılıqlı hörmətə əsaslanacağına, imperiyaçılıq, işğalçılıq, şovinizm, dini, irqi ayrıseçkilikdən uzaq duracağına ümid edənlər də var. Bunun üçünsə hesab olunur ki, Kremldə hakimiyyətə indikilər yox, başqa qüvvələr – demokratlar, liberallar və s. gəlməlidir.

Lakin Ukraynada davam edən müharibə, Rusiya cəmiyyətinin böyük hissəsinin buna münasibəti, bunun fonunda özünü demokrat adlandıranların imperiyaçı riyakarlığı onu deməyə əsas verir ki, Kreml sahiblərinin dəyişməsi Rusiyada xüsusilə də qonşulara münasibətdə ciddi olaraq heç nəyi dəyişməyəcək...

Dahi Üzeyir Hacıbəyov 1920-ci ilin aprelində, Azərbaycanın bolşevik işğalı ərəfəsində yazırdı: “Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında təfavüt (fərq) yoxdur, xeyr! Təfavüt vardır və o özü də bundan ibarətdir ki, nikolaylar və generallar hökuməti bizə həmişə “usvoloç” deyib atamıza söyərdilər, mujik və raboçi hökuməti isə məşhur rus söyüşü ilə anamıza söyəcəklər”...

Bu günlərdə Rusiya liberallarının “parlaq siması” Yuliya Latınina Ukraynanın Krımı Rusiyadan təcrid edən əməliyyatlarına dözməyərək, özü öz maskasını növbəti dəfə yırtmaq məcburiyyətində qalıb.

Əvvəlcə dəvət edildiyi efirlərin birində aparıcıların Krıma aid "işğal edilmiş" və "ilhaq edilmiş" ifadələrini işlətməsi Latıninanın xoşuna gəlməyib və o deyib ki, "sizin yerinizə olsam "ilhaq edilmiş" və "işğal edilmiş ərazilər” ifadələrini istifadə etməzdim, daha neytral ifadələrə üstünlük verərdim ki, məsələn, Ukrayna təbliğatının nümayəndəsi kimi görünməyəsiniz".

Cavbında aparıcı deyib: "Mən jurnalistəm. Düşünürəm ki, bir dövlət digərinə hücum edib onun ərazisini ələ keçirəndə buna işğal deyilir".

Lakin Latınina dirəşib və Rusiyanın Krımda keçirdiyi qanunsuz, saxta referendumu əsas gətirərək, Krımın heç də mütləq Ukraynaya qaytarılmalı olmadığına eyham vurub. Bir sözlə, Krımın beynəlxalq hüquqa uyğun şəkildə Ukraynanın suveren ərazisi olduğunu şübhə altına alıb.


Ardınca öz sosial şəbəkə hesabında paylaşım edən Latınina yazır: “Mənim belə bir sualım var. Əgər Krımda ukraynalılar yaşayırlarsa, niyə Ukrayna Silahlı Qüvvələri vətəndaşlarını elektrik enerjisindən və benzindən məhrum edir? Əgər ruslar yaşayırsa, onda niyə Ukrayna bu əraziyə iddia edir?”

Məntiqə baxın. Əslində, eyni sual Kremlə verilməlidir: “Donbass, Zaporojye, Xerson Rusiya ərazisidirsə, orada ruslar yaşayırsa, rus ordusu oraları niyə bombalayır? Yox, əgər ukraynanlılar yaşayırsa, Rusiya niyə o ərazilərə iddia edir?”

Ancaq Latınina bu sualı Putinə vermir... Və bu adam Rusiya “mütərəqqi” müxalifətinin, liberallarının, demokratlarının güzgüsüdür...

Bu deyilənlər açıq Kreml narrativləri, işğala və ilhaqa haqq qazandırılmasıdır. Eyni zamanda, liberal donu geyinsə də, əslində mahiyyət etibarilə tipik imperiyaçı, şovinist və maskalanmış Kreml təbliğatçısı olan Latınina bu paylaşımı ilə Solovyov, yaxud Simonyan kimi ibtidai və primitiv axmaqlardan fərqli olaraq, daha ağıllı davranır və manipulyasiya edir.

Daha sonra Latınina bir qədər də irəli gedərək, özü kimi psevdodemokrat və psevdoliberal jurnalist, “Exo Moskvı”nın baş redaktoru Aleksey Venediktovun efirində Ukraynanın Krımda “etnik təmizləmə” aparmağa hazırlaşdığını iddia edib.

Birincisi, tarixdən misal gətirməyi çox sevən və tez-tez ona öz naftalin beyni ilə baş vurmağa çalışan bu xanım rusların Krımda necə peyda olduğunu görməzdən gəlir, bilə-bilə ki, ruslar Krımda özü-özünə peyda olmayıblar. Onlar bu torpaqlara sahibləmnmək üçün nə qədər yerli Krım tatarlarını qətl ediblər, həbsxanalara atıblar, nə qədərini yük vaqonlarına doldurib Orta Asiyaya sürgün ediblər. Bu işğalçılar tatar ev sahiblərinin öz ailələri üçün hazırladıqları yemək belə soyumadan onların evlərinə, mülklərinə sahib çıxıblar. Ancaq Latınina əlbəttə ki, bu əsl etnik təmizləmə və soyqırımından danışmır...

2014-cü ildən eyni siyasət davam etdirilib, Krım tatarları kimi, ukraynalılar da Krımdan qovulublar, siyasi repressiyaya məruz qoyulublar, yarımadanı tərk etməyə məcbur ediliblər və s. İndi isə Latınina bu torpaqları zəbt etmiş işğalçılar arasında, özü də avtomat lüləsi altında keçirilən saxta referendumu əlində bayraq edir və Ukraynanı öz qanuni ərazisini qaytarmaq cəhdlərinə görə az qala lənətləyir.

İkincisi, Krım Ukraynanın bütün beynəlxalq birlik və hüquq tərəfindən tanınan ərazisidir. Orada tatarların böyük hissəsi sürgün ediləndən sonra nə zamansa Rusiyadan gətirilib doldurulanlar yaşayır deyə, Ukrayna öz suveren ərazisindən imtina etməlidir? Əlbəttə yox.

Bütün bunları ona görə qeyd edirik ki, həmin bu Latınina və onun kimilər bir zamanlar Qarabağ barədə də eyni sarsaq iddialarla çıxış edirdilər. 2020-ci ildəki 44 günlük müharibənin başlanğıcında Latınina Almaniya nəşrlərindən birinə demişdi ki, bu münaqişədə ermənilərin tərəfindədir və bunu gizlətmir. Bunu daha bir neçə efirdə də açıq şəkildə elan etmişdi. Üstəlik, iddia etmişdi ki, Azərbaycan qalib gəlsə, Qarabağdakı erməniləri azərbaycanlılar tərəfindən “soyqırım gözləyir”.


Müharibə Azərbaycanın qələbəsilə bitəndən sonra isə Vladimir Putini ittiham etmişdi. Ona görə ki, onun fikrincə, Putin erməni işğalının və bunun vasitəsilə Rusiyanın bölgədəki təsirinin qalmasını təmin etməmişdi: “O bu halda, faktiki olaraq təkcə Qarabağı deyil, həm də Ermənistanı Türkiyəyə güzəştə getdi. Çar dövründən bəri Rusiyanın təsir zonası olan ərazini güzəştə getdi. Bundan əlavə, buranın xristian ölkəsi olduğunu və bütün bunları, eləcə də sivilizasiyaların toqquşmasını qeyd etməmək olmaz. Nəticədə, Putinin əvəzinə Ərdoğan bu ərazilərdə hakim olur... 

Dəhşətli, dönməz məğlubiyyətə düçar olan təkcə Paşinyan deyil. Rusiya da strateji məğlubiyyətə düçar oldu... Türkiyə regionda dominant gücə çevrildi”.

Göründüyü kimi, açıq işğalçı, imperiyaçı, şovinist və anti-Türk, anti-müsəlman bir yanaşma. Adam Putindən betər imperiya təəssübü çəkir və bunu liberal, demokrat donu altında gizlətməyə çalışır. O bu gün də anti-Azərbaycan mövqeyində qalır və Latınina Rusiya müxalifət düşərgəsinin yeganə bu zehniyyətli personası deyil...

Alman faşizminin lideri Adolf Hitlerə qarşı İkinci Dünya Müharibəsinin gedişində bir neçə dəfə, o cümlədən ən yaxın çevrəsindən olan zabitlər tərəfindən sui-qəsd edilmişdi. Məqsəd onu devirib, Almaniya üçün məğlubiyyətə doğru getdiyi şübhə doğurmayan müharibəni dayandırmaq idi. Lakin o bu sui-qəsdlərin hamısından sağ çıxmışdı. Sanki hansısa görünməz əl onu hər dəfə ölümdən xilas etmişdi.


Bu, bəlkə də ondan ötrü idi ki, Hitler Almaniyası bu savaşda sona qədər getsin, məğlub, darmadağın edilsin və müharibə Hitleri, nasizmi az qala dəlicəsinə müdafiə edən, hətta sevən almanların öz şəhərlərinə, evlərinə qədər qayıtsın. Belə də oldu. Əgər Hitler sui-qəsdlərin birində öldürülsəydi, almanlar üçün tarixə qəhrəman kimi düşəcəkdi, o vaxtkı beyni zəhərlənmiş alman cəmiyyəti isə nasizmin, faşizmin gətirdiyi dəhşətləri görməyəcək, buna görə də onu öz zehniyyətindən çıxarıb ata bilməyəcək, peşman olmayacaqdı.

Bu gün sanki tarix təkrarlanır, müharibə işğala başlayan Rusiyanın özünə - şəhərlərə, evlərə qayıdır. Bunun Rusiya cəmiyyətinin imperiyaçı kəsiminin zehniyyətini dəyişəcək həddə qədər çatıb-çatmayacağını hələlik demək çətindir. Amma bir şey dəqiqdir ki, qonşu ölkələrə qarşı işğalın, aqressiv siyasətin nəticələrini öz üzərlərində ağrılı, özü də çox ağrılı şəkildə hiss etməyincə, imperiyaçı cəmiyyət və idarəçilik mahiyyət etibarilə dəyişməyəcək.

Ona görə də indiki Kreml rəhbərliyini hansısa xodorkovskilər, yaşinlər, kasparovlar, latıninalar, həta yavlinskilər belə əvəz etməklə, bizim kimi ölkələr üçün dəyişən bir şey olmayacaq. Zamanında “demokrat” Boris Yeltsin hakimiyyəti bunu sübut etdi. Azərbaycanın Qarabağı itirməsi də məhz onun hakimiyyəti illərində, ermənilərə açıq hərbi-siyasi dəstəyi sayəsində baş verdi...

Bütün bunlar belə bir qənaəti bir daha möhkəmləndirir ki, özünü müxalifət adlandıran düşərgə günü bu gün Rusiyada hakimiyyətə gəlsə belə, Kremlin mahiyyəti dəyişməyəcək. Çünki onlar Rusiya cəmiyyətinin sifarişi ilə və onun tarixən formalaşmış aqressiv mahiyyətinə uyğun davranmağa məhkumdurlar. Sifariş isə budur – imperiya, çar, işğal, şovinizm, müharibə və sair...

Elxan Qüdrətoğlu

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 İyul 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri