Icma.az
close
up
RU
Nağıl kimi tənha ömür Əntiqə Kərimzadə yazır

Nağıl kimi tənha ömür Əntiqə Kərimzadə yazır

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şair Nüsrət Kəsəmənli deyir ki, “İnsan  taleyilə gəlir dünyaya”.  Bəs bu tale yolunun enişi- yoxuşu, dağı- daşı, çiçəyi insanla birgə doğulurmu? Doğrudanmı insanın xarakteri, xasiyyəti, peşəsi, mövqeyi onun taleyinə təsir etmir?  Düşünürəm ki, təsirsiz ötüşmür.  Taleyindən qara buludların yan keçmədiyi insanlardan biri də aktrisa, xalq artisti Zərnigar Ağakişiyevadır. 

O, 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. Ömür yolunu incəsənətə bağlayan  bu gənc qız 1968-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsinə daxil olur.  1972-ci ildə təhsilini başan vuran aktrisa  Tədris teatrında  işləməyə başlayır. 

Aktirsanın sənətə gəlməsi ilə ailə həyatı qurması eyni ilə təsadüf edir. Lakin həmin evliliyin ömrü 11 il olur. Aktrisa 11il evli olsa da bu nigahdan övladı  olmayıb. 

O, 1973-cü ilə rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında  A.Ostrovskinin “Müdriklər” dramında Mamayeva rolunu oynayır.  Məhz həmin roldan sonra 1974-cü ildə  Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunur..

Aktrisa ömründə məbədə çevirdiyi teatrdan bir müddət küsür və uzaqlaşır. Buna səbəb isə 1989-1992-ci illərdə səhnədə cəmi 2 rol verilməsi olur. Lakin 7 ildən sonra Ədalət Vəliyevin dəvətilə yenidən teatra qayıdır. Bu qayıdışdan sonra ardıcıl olaraq  teatrda  səhnələşdirilən tamaşalarda baş rollarda yer alır.

 Bununla yanaşı, Zərnigar Ağakişiyeva Azərbaycan Dövlət televiziyasının hazırladığı teletamaşalarda və “Azərbaycanfilm” in istehsal etdiyi bir çox filmlərdə çəkilmişdir. Filmlərdə əsas, ikinci dərəcəli, epizodik rollarda yer alıb.

 Zərnigar Ağakişiyeva yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanmışdır. Aktrisa kimi həmişə diqqət cəlb etmiş və xarakterik  obrazlarına görə xanım həmkarlarından fərqlənmişdir.

Zərnigar Ağakişiyeva 1982-ci ildə Əməkdar Artist, 2000-ci ildə isə Xalq Artisti fəxri adlarına  layiq görülmüşdür.  2014-cü ildə Şöhrət ordeni, 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 

O, müsahibələrinin birində oynadığı obrazlarla insanların diqqətini çəkdiyini  və fəxri adlarla yanaşı, ən böyük qazancının tamaşaçı alqışı və sevgisi olduğunu etiraf edib.

Uğurlu obrazları ilə yadda qalsa da, taleyi heç də uğurlu olmayan xalaq artisti Zərnigar Ağakişiyeva 8 fevral 2018-ci ildə ürək çatışmazlığından  Bakıda  evində vəfat etmişdir. 9 fevral 2018-ci ildə Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılmışdır.

Həyat yoldaşı və övladı olmadığı üçün aktrisann dəfn mərasimini əmisi qızı təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 Fevral 2026 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri