Icma.az
close
up
RU
Nail Kəmərlinin tutdurduğu şəxs bəraət aldı

Nail Kəmərlinin tutdurduğu şəxs bəraət aldı

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Bloger Nail Kəmərlinin də iştirak etdiyi əməliyyatda tutulan və onun kanalında “Narkotik əməliyyatında nəvələrini sipər edən babanı polis necə ifşa edir?” başlığı ilə cəmiyyətə təqdim edilən Elçin Baxşəliyev məhkəmədə bəraət alıb.

Gununsesi.info xəbər verir ki, 55 yaşlı Elçin Baxşəliyev 1 kiloqrama yaxın narkotik ittihamı ilə 11 ay həbsdən saxlanılandan sonra məhkəmə zalından azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyilə onun haqqında bəraət hökmü çıxarılıb.

Təcili Tibbi Yardım avtomobilinin sürücüsü olan Elçin Baxşəliyev 2024-cü il dekabrın 22-də Nizami rayonunda, “Ruslan 93” adlanan ərazidə saxlanmışdı.

O, saxlanılarkən 12 və 15 yaşlı nəvələri də maşında olub.

İttihama əsasən, Elçin Baxşəliyev “Əli” adlı İran vətəndaşı ilə razılaşaraq, əvvəlcədən həmin əraziyə qoyulmuş və hadisə yerində fotosu ona atılmış narkotiki götürməyə gedib. Bunun müqabilində ona 1000 manat qazanc veriləcəkmiş.

Elçin Baxşəliyev gedib deyilən yerdən içində 989 qram heroin olan torbanı götürəndə Nizami rayonu, 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmədə dindirilən polis əməkdaşları bildirib ki, onu şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında saxlayıblar.

Elçin Baxşəliyev haqqında həbs qətimkan tədbiri seçiləndən sonra o, istintaq təcridxanasına yerləşdiriləndə onun üzərində xəsarət izləri olub. Polis əməkdaşları bildirib ki, onu saxlayanda maşında olub və sükan arxasından yıxılarkən xəsarət alıb.

Özü isə məhkəmədə bildirib ki, saxlanılanda yanında olan nəvələrinin buraxılması üçün tələb olunan   ifadəni verməyə razılaşıb.

O, məhkəmədə ifadəsində etiraf edib ki, əvvəldən razılaşma ilə həmin yerə gedib. Lakin oradan narkotik yox, dərman götürməli idi. Elçin Baxşəliyev “iranlı” kimi onun danışan adamın 1000 manat pul vəd etdiyini də təsdiqləyib: “Orada gördüm ki, sumka mənim əlimdən 4-5 dəfə böyükdür. Toxunanda anladım ki, dərman deyil. Əlimi geri çəkdim, sumkaya da təpik vurdum. Bu vaxt polislər qaçıb gəlib məni saxladılar”.

Polis əməkdaşları isə ifadələrində göstəriblər ki, onu narkotiklə dolu torbanı götürüb, maşına minəndən sonra saxlayıblar. Onların sözlərinə görə, torba da onun gödəkçəsinin içində olub. Oradan çıxarıb, polislərə təqdim edib.

Nail Kəmərlinin “youtube” kanalında yaymlanan əməliyyat çəkilişi də məhkəmədə araşdırılıb.

Məhkəmə bəraət hökmündə onu da qeyd edib ki, bu materialın yayılması ilə vətəndaşın təqsirsizlik prezumpsiyası pozulub:

“Şəxsin təqsirinin Cinayət Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilməməsinə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olmamasına baxmayaraq, onun bu hüququ kobud surətdə pozularaq, ictimai qaydada kütləvi informasiya vasitələrində “Narkotik əməliyyatında nəvələrini sipər edən babanı polis necə ifşa edir?” başlığı altında videoçəkiliş nümayiş etdirilib və həmin videogörüntülərdə Elçin Baxşəliyevin təqsirləndirilməsinə dair hallara yol verilib”.

Elmar

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:459
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Dekabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri