Namik Ələskərov “Zirə”yə nə fayda verəcək? menecer Vaqif Heydərli ondan daha qıvraqdı
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Mövsümün sonunda “Sabah”dan ayrılan Namik Ələskərovun yeni klubu bəlli olub. 30 yaşlı yarımmüdafiəçi qarşıdakı “2+1” ildə “Zirə”nin uğurları üçün çalışacaq.
Son iki mövsümdə “Qarabağ”dan sonra ən çox xal toplayan “Zirə” avrokuboklarda mübarizəni erkən dayandırması azmışı kimi, yay “transfer pəncərəsi”ndə reallaşdırdığı transferlərlə futbol ictimaiyyətinin gözləntisini doğrultmur. Salifu Suma gedib, Rafael Utziq “sürgündədi”, bəs belə məqamda klub keyfiyyətli transferlər edirmi?
Namik “Zirə”yə nə fayda verəcək? Son iki mövsümdə “Sabah”ın ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən Ələskərov “Zirə”yə hansı faydanı verə bilər? Özü də belə uzun müddətə. Biz Namikin ortabab, yaxud debütant klublardan birinə transfer olunacağını gözləyirdik - performansı buna işarə idi. Görünür, meneceri Vaqif Heydərli futbolçudan daha qıvraqdı.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 07 Avqust 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















