Nana qrupunun keçmiş solisti vəfat etdi
Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Rusiyanın məşhur "Na-Na" qrupunun keçmiş solisti Vladimir Levkin 58 yaşında xəstəxanada vəfat edib.
Axşam.az xəbər verir ki, bu haqda "SHOT" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, 2000-ci illərin əvvəllərində sənətçiyə limfa sistemi xərçənginin 4-cü mərhələsi diaqnozu qoyulub. O, iki sümük iliyi transplantasiyasından, kimyaterapiya kurslarından sağ çıxıb və xəstəlik üzərində qələbə qazanıb. Eyni zamanda, Levkin aktiv həyat tərzi keçirib, ictimai tədbirlərə qatılıb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Beləliklə, avqustda müğənni həyat yoldaşı Marina ilə "O, çox sərin" serialının premyerasında görünüb. Bu günlərdə isə onun xəstəliyi yenidən baş qaldırıb və vəziyyəti ağırlaşıb.

