Nanə görünüşünü tənqid edənlərə səsləndi: Sağlam qidalanın, idmanla məşğul olun!
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aparıcı Nanə Ağamalıyeva xarici görünüşü ilə bağlı yayılan xəbərlərə reaksiya verib.
BAKU.WS xəbər verir ki, aparıcı çəki atmasını sağlam qidalanması ilə əlaqələndirib:
"Məni tanıyan hər kəs bilir ki, həkim olaraq sağlam və düzgün həyat tərzinə həmişə üstünlük vermişəm. Amma məni tanımayanların da diqqətinə çatdırmaq istəyirəm ki, sağlamlıq ilk növbədə ruhdan başlayır. Ruhu sağlam olan insanlar həyata, daha işıqlı və daha güclü baxırlar.
Həyata baxışınız sizin aynanızdır. Sağlam yaşayın, sağlam qidalanın, idmanla məşğul olun. Bədənimizi idarə edən enerjidir və yalnız o enerjini hərəkətə gətirdikdə insan öz həyatı ilə bağlı yeni, doğru qərarlar verməyə başlayır.
Bu həyatı, bu ömrü bizə bəxş edən Allahdır. Həyatınızı, düzəninizi, ömrünüzü gözəlləşdirməyə tələsin. Mən həm həyatımdan, həm də Allahımdan hər zaman çox razıyam. İstədiyim hər nə varsa, artıqlaması ilə mənə bəxş edib" -deyə aparıcı bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 29 Yanvar 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















