Icma.az
close
up
RU
Napoli rəsmisi Osimhenin transferində son durumu açıqladı

Napoli rəsmisi Osimhenin transferində son durumu açıqladı

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

25 qolla Türkiyə çempionatında bombardirlər yarışına başçılıq edən, eləcə də mövsüm ərzində 36 qol vuraraq Türkiyə futbolunda əcnəbilər arasında yeni rekord müəyyənləşdirən Viktor Osimhen ''Qalatasaray''da bir nömrəli gündəm mövzusu olmaqda davam edir.
Nigeriyalı hücumçu son olaraq çempionluğun rəsmiləşdiyi ''Kayserispor''la matçda da əla performans sərgilədi. Məhz onun qolu qələbənin əsasını qoydu. Osimhenin qolundan sonra stadionda onun adının öz qızı tərəfindən anons edilməsi diqqət çəkmişdi. Bu məqam Osimhenin özünün də böyük təəccübünə səbəb oldu.
Matçın ardından fanatlarla əylənən ulduz futbolçu daha sonra Mario Lemina ilə İstanbulun gecə klublarından birində səhərə qədər çempionluğu qeyd etdi. Amma onun Türkiyə macərası sürətlə sona yaxınlaşır. Artıq iki titul qazanan 26 yaşlı futbolçu ''Qalatasaray''ın heyətində superliqada qalan iki matçda da forma geydikdən sonra müqavilə ilə məxsus olduğu ''Napoli''yə qayıdacaq.
Bu arada Türkiyənin ''Sabah'' nəşri neapolluların bir rəsmisi ilə söhbətləşməyə müvəffəq olub. Həmin klub rəsmisi adının açıqlanmasını istəməyib. Sən demə 75 milyon avroluq sərbəst qalma maddəsi yalnız xarici klublar üçün keçərli imiş. İtaliya klubları üçün bu məbləğ daha böyükdü. Ona görə də ''Napoli'' Osimheni İtaliya klublarından birinə sataraq 100 milyon avroya yaxın gəlir əldə etməyi planlaşdırır. İtaliyada ilk növbədə ''Yuventus''un bu hücumçuya maraq göstərdiyi heç kimə sirr deyil. ''Napoli'' rəsmisi eyni zamanda Osimhenə ''Fənərbaxça'' tərəfindən maraq göstərilib-göstərilməməsi barədə suala da cavab verib:

''Osimhen Türkiyədə möhtəşəm mövsüm keçirdi. Qolları və performansı ilə Türkiyə çempionatına damğa vurdu. ''Qalatasaray'' da daxil olmaqla onu 7-8 klub almaq istəyir. İtaliya daxilindən daha yüksək təkliflər var. Amma sizə klub adı açıqlaya bilməyəcəm. Səudiyyə Ərəbistanından da onun durumunu yaxından izləyənlər var. Siz də gözəl bilirsiz ki, hər şey onun öz qərarından asılı olacaq. Amma indiyə qədər bizə rəsmi olaraq müraciət edən klub yoxdu. ''Fənərbaxça''? Bəli, bəzi menecerlər vasitəsilə Osimhenin durumu ilə maraqlanıb bizimlə görüşmək istədilər. Amma dediyim kimi heç kimdən rəsmi təklif almamışıq''.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 May 2025 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri