“Napoli”dən De Bruyne və Heylunn, bizdən Zubir və Andrade!
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
UEFA-nın rəsmi saytı “Napoli” – “Qarabağ” oyunu ərəfəsində maraqlı statistikalar açıqlamaqdadı.
Rəqəmlərdən çıxan həqiqət budu ki, rəqibi gözümüzdə şişirtməyək, böyütməyək! Hər iki komandanın heyətində zəngin avrokuboik təcrübəsinə malik futbolçular var.
“Napoli”də bunlar Kevin de Bruyne ilə Rasmus Heylunndu. Bu gün meydana çıxmayacaq belçikalı yarımmüdafiəçi indiyə qədər Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası çərçivəsindən keçirdiyi 101 oyunda 22 qol vurub. Danimarkalı hücumçu isə indiyə qədər avrokuboklarda 37 oyuna çıxıb, 19 dəfə fərqlənib.
İndi də “Qarabağ”ın ulduzlarının göstəricilərinə baxaq. Abdulla Zubir – 108 oyun, 16 qol, Leandro Andrade – 51 oyun, 13 qol. Möhtəşəmdi, eləmi?
Sadəcə, bu gün rəqibdən qorxmamalıyıq. Qorxsaq, nəinki uduza, hətta darmadağın ola bilərik. Yaxşı olacaq!
ORXAN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 25 Noyabr 2025 21:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















