Narahatlıq verən qələbə Ayxan Abbasovu qayğılandırmalı olan məqam
Sportal.az saytına istinadən Icma.az xəbər verir.
Nəticə heç önəmli deyil belə oyunlarda. Udmaqla-uduzmağın arasındakı ən vacib məqam futbolçuların tapşırıqları nə qədər dəqiq yerinə yetirə bilməsidir. Maltadan sonra San Marino qarşısına fərqli heyətlə çıxmışdı millimiz. Birinci oyunda uduzmuşduq, ikincisində qalib gəldik. Lakin nə onda, nə də bunda ürəyimizcə bir oyun görə bildik.
Heç ümid vermədi əksər futbolçularımız. Mövsümün yorğunçuluğu var bəzilərində. Bəziləri də klublarında az oynadığından optimal formada deyil. Hərəsi bir cür eniş yaşayır.
Hər iki oyunda təhlükəli hücumlar qurmağı bacardıq. Amma reytinqdə bizdən aşağıda olan yığmalarla da bunu bacara bilməsəydik, gərək bu oyunu milli səviyyəsində yerli-dibli ləğv etdirərdilər.
Ayxan Abbasov daha çox hücumların qolla sonuclanmamağına diqqət yetirsə də, əsl sıxıntı müdafiə ilə bağlıdır. San Marino ilə oyunun 80-ci dəqiqəsində top tirə tuş gələndə, tək Şahruddinin yox, hamımızın ürəyi ağzına gəldi. Belə müdafiə davranışı olar?
Əgər kimsə Millətlər Liqasında rahatlıqla D Liqasının qalibi olacağımızı düşünürsə, bu qədər optimal olmağa dəyməz. Mümkünsüz deyil, amma çətin kimi görünür. Yeganə təsəlli odur ki, Ayxan Abbasovun vəziyyəti toparlamaq üçün bir neçə ay vaxtı var.
Həmid
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 10 İyun 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















