Narışkin: Azərbaycan və Ermənistan üçüncü tərəfin iştirakı olmadan normallaşma prosesini aparmağa üstünlük verir Yeni Gündəm
Yenigundem saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərin normallaşması üzərində işi üçüncü tərəflərin iştirakı olmadan aparmağa üstünlük verirlər.
Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin “Razvedçik” jurnalına müsahibəsində bildirib.
“Azərbaycan və Ermənistan sülh nizamlanması üzrə ABŞ və Aİ-nin tövsiyələrinə o qədər də qulaq asmırlar. Bütün məsələləri müstəqil həll etməyə üstünlük verirlər”, – S.Narışkin qeyd edib.
Qeyd edək ki, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşmasında vasitəçilərə ehtiyac duymur və bu proses birbaşa ikitərəfli danışıqlar çərçivəsində səmərəlidir. Buna misal olaraq Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə razılaşmalar, həmçinin sərhədin demarkasiyası prosesinə başlanılması göstərilir.
Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 10 Dekabr 2024 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















