Narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil edən şəxs saxlanıldı
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı Ariz Hüseynov saxlanılıb.
"Unikal" xəbər verir ki, ondan kultivasiya edərək yetişdirdiyi 562 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər əməliyyatlar zamanı narkotik tərkibli bitkilərin kultivasiya edərək yetişdirən daha 6 nəfər saxlanılıb. Həmin şəxslərdən isə müxtəlif çəkilərdə marixuana və çətənə kolları aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 18 İyun 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















