Narkotik təsiri altında olan sürücü saxlanıldı
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Xırdalan–Binəqədi yolunda hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün **Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, sənədlərin yoxlanılması zamanı avtomobili idarə edən Elşən Məmmədovun sürücülük hüququnun olmadığı müəyyən edilib.
Bundan əlavə, sürücünün davranışları şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı Elşən Məmmədovun narkotik vasitə qəbul etdiyi təsdiqlənib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərə qarşı mübarizənin davam etdiriləcəyini və bu kimi hallara qarşı daha sərt tədbirlərin görüləcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 08 Fevral 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















