Natəvan klubunda yazıçı Varislə görüş keçirilib FOTOLAR
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Ulduz" jurnalının təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı Varislə görüş keçirilib.
Mia.az.az xəbər verir ki, Azərbaycan Univerisiteti tələbələrinin iştirak etdiyi tədbiri "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs açaraq, Varisin yaradıcılığından danışıb.
Jurnalın şöbə redaktoru Taleh Mansur gənc filoloqları görüşdə aktiv iştirak etməyə çağırıb.
Gənclərlə görüşə məmnunluqla qatıldığını bildirən yazıçı Varis, öz təcümeyi-halını danışıb, jurnalist, naşir və ədib kimi keçdiyi yola nəzər salıb. Varis tələbələrə onu da xatırladıb ki, "Ulduz" jurnalı və "Ədəbiyyat və incəsənət" portalı dost mətbu orqanlardır, "Biri ikisində" adlı birgə layihələri illərdi uğurla davam edir.
Öz yazı texnikası və ədəbi düşüncülərini bölüşən Varis, gənc filoloqların suallarını cavablandırıb, onlara imzalı kitablarını hədiyyə edib.
Xatırladaq ki, "Ulduz"lu görüşlər"in növbəti qonağı yazıçı Əyyub Qiyas olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 02 Aprel 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















