NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
NATO Rusiyanın nüvə silahı daşıyan sualtı qayıqlarının ABŞ sahillərinə gəlməsinin qarşısını alır.
Bunu NATO Baş katibi Mark Rutte deyib.
"Unutmaq olmaz ki, ABŞ-ın təhlükəsizliyi üçün NATO kritik əhəmiyyət daşıyır. Biz Transatlantik bölgənin təhlükəsiz qalmasını təmin edirik. Avro-Atlantik zona təhlükəsizdir, Şimal Dənizi təhlükəsizdir, Avropa təhlükəsizdir-bütün bunlar ABŞ-ın marağındadır”, - Mark Rutte vurğulayıb.
NATO Baş katibi vahid Avropa ordusunun yaradılması fikrinə də münasibət bildirib.
"Bəziləri elə düşünür ki, mən bu ideyaya qarşıyam. Mən buna qarşı deyiləm. Amma bu ideya çox mürəkkəb məsələdir. Düşünürəm ki, suverenlik məsələlərinə görə bu baş verməyəcək. NATO-da sahib olduğumuz komanda-kontrol strukturu nəzərə alınsa, Avropa ordusu ideyasına ehtiyac yoxdur”, - Rutte bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 14 Oktyabr 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















