Icma.az
close
up
RU
NATO hərbi doktrinasını dəyişir

NATO hərbi doktrinasını dəyişir

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyanın ən böyük hərbi alyansı olan NATO-da ciddi dəyişikliklər gözlənilir. “Business Insider” nəşrinin məlumatına görə, NATO hazırkı strategiyasının əvvəlki kimi effektiv olmamasını nəzərə alaraq, hərbi doktrinasını kökündən dəyişməyi planlaşdırır. Nəşrin məlumatında qeyd olunur ki, Rusiya-Ukrayna müharibəsində proseslərin Moskvanın lehinə işləməsi NATO-nun strategiyasında bir sıra problemlərin olduğunu ortaya çıxarıb. Qərb ekspertləri hesab edirlər ki, hazırkı proseslər fonunda NATO-da təcili islahatların aparılmasına zərurət yaranıb. Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnı Londonda çıxışı zamanı bildirib ki, alyans pilotsuz uçuş aparatlarının (PUA) inteqrasiyası və yüksək texnologiyalı silahların kütləvi istifadəsinə keçid daxil olmaqla, yanaşmaların tam yenidən nəzərdən keçirilməsinə ehtiyac duyur. Qeyd edək ki, NATO-nun rəhbərliyi alyansın gələcək təhlükələr qarşısında aciz qalacağından narahatlıq keçirir. Təhlükələrin qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi niyyəti güdülür. 

NATO hərbi arsenalını artırmalıdır

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, NATO gələcək təhlükələrə qarşı mübarizədə ciddi problemlərlə qarşılaşa bilər: “NATO Rusiya ilə müharibədə Ukraynanın arxasında bütün gücü ilə dayansa da, bu müharibəyə maksimum dərəcədə qoşulmamağa çalışır. Amma reallığa baxanda açıq-aydın görünür ki, NATO Ukraynada Rusiya ilə həm geosiyasi, həm geostrateji, həm də hərbi-təhlükəsizlik baxımından çox ciddi mübarizə aparır. Belə demək mümkünsə, Ukraynadakı müharibə de-fakto Rusiya-NATO müharibəsidir. ABŞ və Avropa ölkələrinin Kiyevə hərbi dəstəyi sayəsində Rusiya Ukraynada tam olaraq öz hədəflərinə nail ola bilməyib. NATO-nun dəstəyi olmasaydı, Ukrayna Rusiyanın hücumu qarşısında duruş gətirə bilməzdi. Buna baxmayaraq, bu müharibə NATO-nun özündə də problemləri üzə çıxardı. Əsas problemlərdən biri alyansın hərbi arsenalı ilə bağlıdır. Son bir neçə ildə Ukraynanın Rusiyanın kütləvi və davamlı raket və dron hücumlarının qarşısında aciz qalması, NATO-nun bu hücumları dəf etmək üçün Ukraynanı lazımi hava hücumundan müdafiə silahları ilə təmin etməməsi alyansın hərbi arsenalında müəyyən çatışmazlıqların olduğunu deməyə əsas verir. Bu hal onu göstərir ki, NATO qarşıdakı dövrlərdə Rusiyanın istənilən hücumuna qarşı mübarizədə çətin duruma düşə bilər. Hərbi doktrinanın dəyişdirilməsi ilə bağlı müzakirələr məhz bundan qaynaqlanır. Xüsusi bir məqamı da vurğulayım ki, NATO-nun hərbi komitəsi Rusiyanın mümkün hücumu ilə bağlı 40-dan çox hesabat hazırlayıb. Yekun qərar budur ki, NATO ölkələri alyansın hərbi doktrinasını yenidən nəzərdən keçirməli, ən əsası da hərbi arsenalını artırmalıdırlar”.

Alyansda çatlar yaranıb

Hərbi ekspert Emin Həsənli qəzetimizə NATO-nun mövcud vəziyyətini şərh edərkən bildirib ki, Ukraynadakı müharibə həm Rusiya, həm də NATO ilə bağlı mifləri alt-üst etdi. “Müharibədən əvvəl Rusiyada hesab edirdilər ki, Rusiya ordusu dünyanın ən güclü ordusudur, rus ordusunu heç bir qüvvə məğlub edə bilməz, rus ordusu bir həftə ərzində Kiyevi nəzarətə götürə bilər. NATO ilə bağlı səsləndirilən müsbət fikirlər də o qədər özünü doğrultmadı. Xüsusilə qeyd edim ki, NATO Ukraynaya yetərincə hərbi dəstək vermədi. Müharibənin ilk ilində NATO Ukraynanı effektiv hava hücumundan müdafiə sistemləri və qırıcı təyyarələr, eləcə də Rusiyanın hərbi obyektlərini sıradan çıxarmaq üçün ballistik silahlar ilə təmin etmədi. Ukraynaya yalnız yüngül silahlar verilirdi. Ukrayna ordusu xeyli sayda canlı qüvvə itirdikdən və şəhərləri darmadağın edildikdən sonra NATO Ukraynaya geniş hərbi dəstək göstərməyə başladı”. - deyən E.Həsənli vurğulayıb ki, NATO-nun daxilində gərgin vəziyyət hökm sürür: “ABŞ ilə Avropa ölkələri, hətta Avropa ölkələri arasında belə müəyyən məsələlərdə ciddi fikir ayrılıqları var. Ukraynada müharibə başladıqdan sonra bu vəziyyət daha kəskinləşib. Düzdür, Ukraynadakı müharibə nəticəsində Finlandiya və İsveç NATO-nun üzvü oldular, Baltik dənizi NATO-nun daxili dənizinə çevrildi. Bu, NATO-nun mövcudluğunu daha da gücləndirdi. Ancaq NATO ölkələri bəzi məsələlərdə ortaq məxrəcə gələ bilmirlər. Ukraynadakı proseslər bunu sübut edir. Hərbi doktrinanın dəyişdirilməsi ilə bağlı müzakirələrə gəlincə, NATO ölkələrinin bu məsələdə ümumi mövqedən çıxış edib-etməyəcəyi qeyri-müəyyən olaraq qalır”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 May 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri