Icma.az
close
up
RU
“NATO ilə Rusiya arasında səbr oyunu: Baltik səmaları üzərində gərginlik artır“ “The Times“

“NATO ilə Rusiya arasında səbr oyunu: Baltik səmaları üzərində gərginlik artır“ “The Times“

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Moskvanın hava məkanını pozan təxribatçı uçuşları Alyans daxilində yeni mübahisələr doğurur..."

Sentyabr ayının ortasından etibarən Rusiya hərbi aviasiyası NATO sərhədləri boyunca ardıcıl olaraq hava məkanını pozur.

Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.

Rusiyanın ardıcıl hava təxribatları

Nəşr qeyd edir ki, əvvəlcə Polşa üzərində 20-dən çox dronun qeydə alınması, ardınca Estoniyanın hava sərhədlərinin üç MiQ-31 tərəfindən 12 dəqiqəlik pozulması və nəhayət, Baltik üzərində radioları söndürülmüş Rusiya kəşfiyyat təyyarəsinin (İl-20M) uçuşu - bütün bunlar Moskvanın məqsədli şəkildə Qərbin səbrini sınağa çəkdiyini göstərir.

Tallinn bu hadisəni "misilsiz həyasızlıq" adlandıraraq BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb. NATO isə artıq dördüncü dəfə il ərzində Estoniyanın hava məkanının pozulması ilə üz-üzə qalıb.

NATO-nun dilemması: sərtlik, yoxsa təmkin?

"The Times"yazır ki, bu hadisələr Alyans daxilində qızğın müzakirələrə səbəb olub: sərhədləri pozan Rusiya təyyarələrini dərhal vurmaq, yoxsa vəziyyəti silahlı qarşıdurmaya çevirmədən təmkin göstərmək?

Britaniyalı hərbi ekspertlərdən biri xəbərdarlıq edir: "Rutin təxribatlardan silahlı toqquşmaya keçmək Qərbin maraqlarına uyğun deyil. Lakin çox yumşaq reaksiya da Alyansa inamı zədələyə bilər".

Estoniya rəsmiləri bildirir ki, onların ərazisində yerləşən italyan F-35-ləri həmin an əmri gözləyib və əmr gəlsəydi, rusiyanın MiQ-31-ləri vurula bilərdi. Bu isə 2015-ci ildə Türkiyənin Suriya sərhədində Rusiya bombardmançısını vurmasını xatırladır.

Trampın tərəddüdü və Avropanın narahatlığı

ABŞ Prezidenti Donald Tramp Avropada ciddi müzakirələrə səbəb olub. Polşa üzərindəki dron insidentindən sonra jurnalistlərin suallarını əvvəlcə cavabsız qoyan Tramp sonradan sosial şəbəkədə qısa, anlaşılmaz mesaj paylaşıb: "Bu nədir - Polşanın hava məkanının pozulib? Başladı!" Sonrakı açıqlamalarında o, hətta rusların bunu "səhvən etmiş ola biləcəyini" də söyləyib.

Bu mövqe Avropa paytaxtlarında narahatlıqla qarşılanıb. "Reuters" yazır ki, NATO üzvləri Vaşinqtonun öhdəliklərindən yayınacağından ehtiyat edir. Hərçənd Tramp sonda "ABŞ Polşanı tək qoymayacaq" deyib, rəsmi mövqeni isə yalnız BMT-dəki ABŞ nümayəndəsi Doroşi Şi səsləndirib: "Amerika NATO ərazisinin hər qarışını müdafiə edəcək".

Gələcək ssenari: sərhəd harada çəkiləcək?

Analitiklərin qənaətinə görə, Putin NATO-nun "boz zona"sını, yəni açıq təcavüzlə təxribat arasındakı sərhədi sınaqdan keçirir. Əgər Qərb həddən artıq yumşaq qalarsa, bu zona qara-ağ rəng alacaq: hər pozuntu artıq açıq təhlükə kimi dəyərləndiriləcək. Baltik səmalarında baş verənlər təkcə hərbi yox, həm də siyasi imtahandır. NATO-nun qarşısında indi ən çətin sual dayanır: təxribatçı təyyarələr növbəti dəfə sərhədi aşanda göz yummaq, yoxsa atəş açmaq?..

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Sentyabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri