NATO nazirləri hava pozuntuları və Ukraynaya dəstəklə bağlı toplaşdı
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
NATO-nun baş katibi Rutte bildirib ki, müttəfiq ölkələrin müdafiə nazirləri son vaxtlar hava məkanı pozuntuları fonunda alyansın müdafiəsini gücləndirmək və Ukraynanın bu istiqamətdə dəstəklənməsini təmin etməkdən ibarət bir gündəmlə görüşüblər.
Turkustan.az xəbər verir ki, Mark Rutte Brüsseldəki qərargahında keçirilən NATO Müdafiə Nazirləri Toplantısı öncəsi jurnalistlərə açıqlama verib.
Rutte nazirlər masasında mühüm məsələlərin olduğunu və iyunda NATO-nun Haaqa sammitində müdafiə xərclərinin və istehsalın artırılması və Ukraynaya dəstəyin davam etdirilməsi ilə bağlı qəbul edilən qərarların icrasının müzakirə ediləcəyini bildirib.
Rutte, son həftələrdə müttəfiqlərin hava məkanının pilotsuz təyyarələr tərəfindən pozulması mövzusunun görüşün gündəminin ən aktual mövzularından olduğunu vurğulayaraq, bu təhlükəyə qarşı görüləcək işlərin müzakirə ediləcəyini bildirib.
Rutte nazirlərin öz görüşlərindən sonra Ukrayna-NATO Təmas Qrupu formatında görüşəcəklərini və alyansın avqust ayında başlatdığı "Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı" (PURL) proqramı ilə bağlı son vəziyyətin də müzakirə ediləcəyini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 15 Oktyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















