“NATO nu böhrandan yalnız Londonun liderliyi çıxara bilər“ “Frankfurter Allgemeine Zeitung“
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Britaniyanın rəhbərliyi altında daha "avropalaşmış" Alyans?.."
Ukrayna müharibəsi, ABŞ-la münasibətlərin soyuması və Avropa İttifaqı daxilində artan qeyri-sabitlik NATO-nu dərin böhrana sürükləyib. Bu şəraitdə Böyük Britaniya Alyans üçün əsas dayağa çevrilə bilər.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Frankfurter Allgemeine Zeitung" nəşri yazıb.
Avroatlantik təhlükəsizlikdə ən dərin böhran
Britaniyanın Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) hesabatına əsasən, Avroatlantik təhlükəsizlik sistemi son 80 ilin ən ciddi sınağı ilə üz-üzədir. Səbəblər sırasında Rusiyanın Ukraynaya qarşı müharibəsi, ABŞ-ın getdikcə daha az fəal mövqeyi, Çinin artan təsiri və Avropada populist qüvvələrin güclənməsi göstərilir.
Hesabatda vurğulanır ki, xüsusilə Donald Trampın ikinci prezidentliyi fonunda Avropada təhlükəsizlik baxımından qeyri-müəyyənlik və acizlik hissi daha da dərinləşib. Buna baxmayaraq, analitiklər bu böhranda Avropa üçün yeni imkanların da yarandığını qeyd edirlər.
NATO-nu gücləndirmək və yeni formatlar
RUSI ekspertləri hesab edir ki, Avropa ölkələri ABŞ-ın diqqəti başqa istiqamətlərə yönəlsə belə, NATO-nu möhkəmləndirmək üçün təcili addımlar atmalıdır. Buraya həm klassik, həm də nüvə çəkindirmə mexanizmlərinin gücləndirilməsi, eləcə də NATO-nu tamamlayan "mini-lateral" təhlükəsizlik razılaşmalarının yaradılması daxildir.
Məruzədə Böyük Britaniya, Fransa və Almaniyadan ibarət E3 formatının, eləcə də Almaniya-Fransa-Polşa "Veymar üçbucağı"nın gücləndirilməsi təklif olunur. Bu formatların birləşməsi Avropada güclü lider qrupunun formalaşmasına və NATO ilə Avropa İttifaqı arasında körpü rolunun qurulmasına imkan verə bilər.
Niyə əsas rol Böyük Britaniyaya verilir?
Nəşr və RUSI analitiklərinin qənaətinə görə, Böyük Britaniya NATO daxilində xüsusi mövqeyə malikdir. London Avropanın iki nüvə dövlətindən biridir, ABŞ-la sıx strateji əlaqələr saxlayır və Alyansın komanda strukturunda mərkəzi rol oynayır. Bu isə ona ABŞ-ın iştirakı zəiflədiyi halda belə, NATO-nun fəaliyyət qabiliyyətini qorumağa imkan verir.
Xüsusilə Şimali Avropada təhlükəsizlik sahəsində Britaniyanın liderliyi - Skandinaviya ölkələri ilə birgə sürətli reaksiya qüvvələri və Norveçlə dəniz əməkdaşlığı gələcəkdə daha geniş Avropa təhlükəsizlik modelinin əsas dayaqlarından biri kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 26 Dekabr 2025 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















