NATO nun Hərbi Komitəsinin sədri: Alyansın planlarını həyata keçirmək üçün hazırkı resurslar kifayət etmir
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
NATO ölkələrinin Baş Qərargah rəisləri hesab edirlər ki, alyansın hərbi planlarını reallaşdırmaq üçün mövcud hərbi imkanlar və müdafiə xərcləri kifayət etmir.
APA xəbər verir ki, bu barədə NATO-nun Hərbi Komitəsinin sədri admiral Kavo Draqone alyansın Baş Qərargah rəislərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Hərbçilərin fikrincə, ÜDM-in 2%-i həcmində müdafiə büdcəsi mövcud məqsədlər üçün yetərli deyil.
"Biz konkret rəqəmlər barədə müzakirə aparmamışıq. Baş Qərargah rəisləri hərbi büdcələrin icraçılarıdır. Onlar təhdidləri müəyyən edir və hərbi planları təsdiqləyirlər. Bu əsasda ehtiyac duyulan əlavə imkanları müəyyən edirik. Bu, 3, 4 və ya 5 faiz olacaq ya yox, amma dəqiq olan odur ki, 2% kifayət deyil. Hazırda malik olduqlarımız yetərli deyil", – deyə Draqone bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 15 May 2025 05:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















