NATO ölkələri toplaşdı Bu dəfə hədəf Rusiya və Çin oldu Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Belçikanın paytaxtı Brüsseldə keçirilən sammitdə NATO Rusiya və Çinin təxribatını, kiberhücumlarını və enerjidən silah kimi istifadə cəhdlərini müzakirə edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, sammitdə NATO-ya qarşı təhdidlər arasında təxribat, kibercinayətkarlıq və enerjidən silah kimi istifadə kimi məsələlər ön plana çıxıb.
İclasın məqsədi alyans üzvlərinin bu cür təhlükəsizlik risklərinə qarşı kollektiv müdafiəni necə gücləndirə biləcəyini müzakirə etməkdir.
Tədbirdə "Rusiyanın NATO ölkələrinə qarşı artan düşmənçilik hərəkətlərinə diqqət yetirəcəyik. Biz görürük ki, Rusiya və Çin də təxribat, kiberhücumlar, NATO ölkələrində sabitliyi pozmağa çalışır" - deyə NATO-nun baş katibi Mark Rutte açıqlama verərək çıxış edib.
Rutte bildirib ki, xarici işlər nazirləri bu təhdidlərə qarşı müdafiənin daha effektiv yolları, kəşfiyyat məlumatlarının mübadiləsinin təkmilləşdirilməsi və kritik infrastrukturun qorunması kimi strateji məsələləri müzakirə edəcəklər.
Görüşdə Cənubi Koreyada hərbi vəziyyətin elan edilməsi və sonradan bu qərarın ləğvi məsələsi də gündəmə gətirilib. Rutte bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Mikayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 04 Dekabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















