NATO Şimali Atlantikdə genişmiqyaslı hərbi təlimlərə başlayıb
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
NATO-nun Şimali Atlantikdə keçirdiyi ən böyük hərbi-dəniz təlimlərindən biri olan “Dynamic Mongoose 2026” başlayıb.
Moderator.az xəbər verir ki, mayın 29-dək davam edəcək təlimlər NATO-nun Müttəfiq Dəniz Qüvvələri Komandanlığının rəhbərliyi altında keçirilir.
Manevrlərdə alyansa üzv bir neçə ölkənin hərbi bölmələri iştirak edir.
Təlimlər ənənəvi olaraq Farer adaları-İslandiya xətti bölgəsində təşkil olunur. Həmin ərazidə ABŞ-ın SOSUS hidroakustik müşahidə sistemi yerləşir.
“Dynamic Mongoose” təlimlərinə 2012-ci ildən etibarən Norveç, Kanada, Danimarka, Almaniya, Niderland, Böyük Britaniya və ABŞ qatılır.
Məlumata görə, əsas məqsəd qüvvələrin sualtı təhdidlərə qarşı hazırlığını gücləndirməkdir.
Təlim zamanı ekipajlar təqibdən yayınma, dərinlikdən cavab zərbələrinin endirilməsi, həmçinin şərti düşmən sualtı qayıqlarının aşkarlanaraq zərərsizləşdirilməsi üzrə məşqlər həyata keçirirlər.
Qeyd edək ki, daha əvvəl Finlandiyanın Rusiya sərhədindən 70 kilometr məsafədə yerləşən Kuhmo bölgəsində NATO ölkələrinin iştirakı ilə “Saber Strike 26” təlimlərinin ikinci mərhələsinin başladığı bildirilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 18 May 2026 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















