Naxçıvan məktəblilərinin “Mədəniyyət Festivalı”
Icma.az bildirir, Azertag portalına istinadən.
Naxçıvan, 4 may, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbində “Mədəniyyət Festivalı” təşkil olunub.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, festival çərçivəsində 6-cı və 7-ci sinif şagirdlərindən ibarət 15 qrup müxtəlif ölkələri təmsil edib.
Şagirdlər seçdikləri ölkələr üzrə geniş araşdırma apararaq onların tarixini, mədəniyyətini, musiqisini, rəqsini və digər xüsusiyyətlərini əhatə edən təqdimatlarla çıxış ediblər.
Bununla yanaşı, həmin ölkələrə məxsus milli yeməklərin təqdim olunması tədbirə xüsusi rəng qatıb.
Müxbir - Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:Etnoidman Mədəniyyət Festivalı
23 May 2025 10:15
Mədəniyyət Yolu Festivalı başa çatdı
12 Noyabr 2024 13:17
Bakıda Dünya Xalqları Mədəniyyət Festivalı keçirilir
23 May 2025 10:21
Masallıda qələbəlik: Kitab festivalı mədəniyyət bayramı
01 May 2026 14:14
Türkiyə Mədəniyyət Yolu Festivalı baş tutacaq
24 Sentyabr 2026 17:03
Baxış sayı:177
Bu xəbər 04 May 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















