Naxçıvan Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Naxçıvan Muxtar Respublikası (MR) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri seçilib.
Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin noyabrın 16-da keçirilən iclasında muxtar respublika MSK-nın yeni tərkibi formalaşdırılıb.
İclasda muxtar respublika MSK üzvlüyünə Orxan Rza oğlu Bağırov, Asim Yediyar oğlu Əliyev, Elşən Sadıq oğlu Heydərli, Çingiz Namizəd oğlu Həsənli, Ramil Əli oğlu Orucəliyev, Məlahət Oruc qızı Rüstəmova və Nicat Əsgər oğlu Yaqubovun namizədliyi irəli sürülüb.
Aparılan müzakirələrdən sonra irəli sürülən şəxslərin namizədliyi səsə qoyularaq qəbul edilib.

Naxçıvan Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib
16 Noyabr 2024 13:06

