Icma.az
close
up
RU
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində keçən ilin yekunları müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində keçən ilin yekunları müzakirə olunub

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin videokonfrans formatında geniş tərkibdə iclası keçirilib.

Ali Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva, Məhkəmənin İnzibati Kollegiyasının hakimi Səyyad Kərimov, Cinayət Kollegiyasının hakimi Vidadi Cəfərov və Mülki Kollegiyanın hakimi Əhliman Xıdırovla yanaşı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və muxtar respublikada fəaliyyət göstərən birinci instansiya məhkəmələrinin sədr və hakimləri iştirak ediblər.

İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi bildirib ki, 2024-ci il Azərbaycan üçün hərtərəfli inkişaf ili kimi əlamətdar hadisələrlə yadda qalıb. Həm ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunandan sonra keçirilən ilk seçkilər, həm dövlət suverenliyi ilə bağlı atılan addımlar, beynəlxalq konfranslara ev sahibliyi, işğaldan azad olunmuş bölgələrin sosial-iqtisadi inkişafı bu ilin dövlətçilik tariximizdəki rolunu bir daha təsdiqləyir.  Geridə qoyduğumuz il Naxçıvan Muxtar Respublikası üçün də əhəmiyyətli idi və ölkə prezidentinin müvafiq sərəncamı ilə muxtariyyətin 100 ilinin geniş şəkildə qeyd olunması əlamətdar hadisələrlə yaddaşlara yazıldı.   

2024-cü il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində qəbul olunmuş tədbirlər planına uyğun olaraq keçirilmiş silsilə tədbirlər barədə məlumat verən Ali Məhkəmənin sədri bildirib ki, il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən televiziya layihələri və nəşrlər vasitəsilə hüquqi maarifləndirmə sahəsində diqqətəlayiq işlər həyata keçirilib və keçirilməkdədir. Geridə qoyduğumuz ildə həyata keçirilmiş könüllülük proqramları və müxtəlifyönümlü tədbirlərlə gənclərin ixtisaslı kadrlar kimi formalaşmaları və onların iş mühitinə hazırlanmalarına töhfələr verilib. Ali Məhkəmə tərəfindən müxtəlif səpkili elmi-praktik konfranslar, muхtаr rеspublikа məhkəmələrinin sədr və hаkimlərinin iştirakı ilə seminarlar keçirilib, seminarlarda təcrübədə hakimlərin qarşılaşdığı problemlər, onların həlli üsulları müzakirə edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən geridə qoyduğumuz 2024-cü il ərzində ölkəmizin üçün əlamətdar günlər xüsusi qeyd olunub, Məhkəmə tərəfindən sosial layihələr-xeyriyyə və intellektual tədbirlər həyata keçirilib. 

 Sonra Naxçıvan  Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin gündəliyinə salınmış məsələlərə baxılıb, muxtar respublikanın ixtisaslaşdırılmış və rayon (şəhər) məhkəmələri tərəfindən baxılıb nəticə verilmiş işlər üzrə məhkəmə aktlarından verilmiş apellyasiya şikayətlərinin nəticələri və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kassasiya şikayəti verilmiş qərarlarının sabitlik göstəriciləri ətraflı təhlil edilib.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva, Məhkəmənin İnzibati Kollegiyasının hakimi Səyyad Kərimov, Cinayət Kollegiyasının hakimi Vidadi Cəfərov və Mülki Kollegiyanın hakimi Əhliman Xıdırov Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən işlərə daha operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması baxımından vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib, vahid təcrübənin tətbiqi ilə bağlı qarşıda duran məsələlər barədə iclas iştirakçılarını məlumatlandırıb, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən baxılmış işlər üzrə verilmiş kassasiya şikayətlərinin say və həmin qərarların sabitlik göstəricilərini, qanunun tələblərinə və vahid təcrübənin tətbiqi qaydalarına uyğun təhlil ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi iclasa yekun vuraraq qeyd edib ki, bu il fəaliyyətinin 100 illiyi tamam olan Nахçıvаn Muхtаr Rеspublikаsının Аli Məhkəməsi öz fəaliyyətini qаnunvеriciliyin tələblərinə uyğun həyata keçirməklə, məhkəmə hakimiyyətinin müstəqilliyinə və ədalət mühakiməsinin səmərəliliyinə, vətəndaş məmnuniyyətinin təmini və onların hüquqlarının bərpasına, eyni zamanda ədalət mühakiməsinə əlçatanlığın təmini və məhkəmələrin fəaliyyətinin şəffaflığına yönəlmiş fəaliyyətini davam etdirəcəkdir.

Səbuhi HƏSƏNOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Fevral 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri