Icma.az
close
up
RU
Naxçıvan regional “ASAN xidmət” mərkəzində ilk dəfə təhsil xidmətlərinin göstərilməsinə başlanılıb AZƏRTAC

Naxçıvan regional “ASAN xidmət” mərkəzində ilk dəfə təhsil xidmətlərinin göstərilməsinə başlanılıb AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 21 yanvar, AZƏRTAC

Yanvarın 21-dən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Naxçıvan regional “ASAN xidmət” mərkəzində ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 6 adda xidmətlərin göstərilməsinə başlanılıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikanın təhsil naziri Elxan Nəcəfov və Naxçıvan regional “ASAN xidmət” mərkəzinin direktoru Tural Əliyev mərkəzdə nazirlik üçün yaradılan bölmə ilə tanış olub, xidmət göstərəcək əməkdaşlara tövsiyələr veriblər.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzində Təhsil Nazirliyinin əməkdaşları tərəfindən vətəndaşlara məktəbəqədər təhsil müəssisələrinə və uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyat, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird, peşə təhsili müəssisələrinə tələbə qəbulu, şagirdlərin elektron yerdəyişməsi, təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidmətləri göstəriləcək. Vətəndaşlar mərkəz vasitəsilə bu elektron müraciət xidmətlərindən yararlana biləcəklər. Bununla da elektron qeydiyyat prosesində hər hansı çətinlik çəkən və ya məlumatsız vətəndaşlar “ASAN xidmət” mərkəzinə yaxınlaşaraq konsultativ dəstək ala biləcəklər. Mərkəzdə göstəriləcək təhsil xidmətlərinin hər biri Təhsil Nazirliyi tərəfindən elektron qaydada ödənişsiz həyata keçiriləcək.

Vətəndaşların müraciət imkanlarının operativ cavablandırılması, vətəndaş məmnunluğunun artırılması üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən gələcəkdə “ASAN xidmət” mərkəzində əlavə xidmətlərin də göstərilməsi planlaşdırılır. Belə ki, mərkəzdə təhsil müəssisələrinə direktorların, müəllimlərin, yardımçı tədris heyyətinin və digər vəzifələrin işə qəbulu zamanı sənəd qəbulu və təhsilverənlərin sertifikatlaşdırılmasının qeydiyyatı prosesi xidmətlərinin də göstərilməsi nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri