Naxçıvan Şahmat Federasiyası fəaliyyətini dayandırdı
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırıb.
Bizim.Media xəbər verir ki, 2002-ci ildən fəaliyyət göstərən federasiya bu gündən fəaliyyətini dayandırıb və ləğv olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası federasiyanın sədri Seymur Talıbov idi.
Xatırladaq ki, federasiya bu dövr ərzində Naxçıvanda titullu şahmatçılar, Avropa çempionları və mükafatçıları, dəfələrlə Azərbaycan çempionları, bir çox beynəlxalq şahmat turnirlərinin qalibi olmuş şahmatçılar yetişdirib.
Bizim.Media

