Icma.az
close
up
RU
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb

Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb

Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb

Naxçıvanda müxtəlif təyinatlı yeni istehsal və xidmət sahələri yaradılır, yaxud mövcud olanların fəaliyyəti bərpa edilir və ya genişləndirilir.  2025-ci ilin yanvar-noyabr ayları ərzində muxtar respublikada dövlət dəstəyi və özəl investisiya qoyuluşu hesabına iqtisadi fəaliyyətin müxtəlif sahələrində 136 layihə üzrə istehsal və xidmət sahələri yaradılıb. Yekunlaşan layihələrdən 64-ü yeni sahələrin yaradılması, 72-si isə mövcud sahələrin genişləndirilməsi məqsədi daşıyıb.

Yekunlaşan sahələr üzrə 82 layihəyə Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 4 milyon 575 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib.

 Hazırda icrası davam edən 93 layihədən 38-i yeni müəssisələrin yaradılmasına, 55-i isə genişləndirməyə yönəlib.

Naxçıvanda verilən icazələrin sayı 70,9 faiz artıb

2025-ci ilin yanvar-noyabr ayları ərzində Naxçıvanda sahibkarlıq fəaliyyəti üzrə 39 lisenziya verilib.

Cari ilin 11 ayı ərzində verilmiş lisenziyaların 46,2 faizini əczaçılıq, 15,4 faizini baytarlıq, 10,3 faizini yükdaşıma, 10,2 faizini rabitə, 5,1 faizini tikinti və 12,8 faizini digər fəaliyyət növləri təşkil edib.

Həmçinin Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 8134 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 70,9 faiz artıb. İcazələrdən daxilolmaların məbləği isə ötən ilin müvafiq dövrünə nisbətən 34,9 faiz artaraq 193 min 848 manat olub.

Naxçıvan sahibkarlarının ixrac fəaliyyəti genişlənib

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar beynəlxalq bazarlarda fəal iştiraklarını davam etdiriblər. 2025-ci ilin yanvar-noyabr ayları ərzində sahibkarlar 7-si ölkədə, 8-i isə xaricdə olmaqla, ümumilikdə 15 tədbir və sərgidə iştirak ediblər.

Sahibkarlar kənd təsərrüfatı, qida sənayesi, tikinti materialları və digər sahələr üzrə istehsal etdikləri məhsulları “InterFood Azerbaijan”, “Rebuild Karabakh 2025”, “ISM Middle East 2025”, “Anuga 2025”, “Food Expo Qazaqstan 2025” və digər nüfuzlu sərgilərdə nümayiş etdiriblər.

2025-ci ilin yanvar–noyabr aylarında muxtar respublikadan ölkə xaricinə ixracın həcmi 12,8 milyon ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,6 faiz artım deməkdir.

2025-ci ilin yanvar-noyabr ayları ərzində tütün məhsulları, vafli və vafli məmulatları, sement, daş və daş məmulatları, elektrik enerjisi, mineral sular, günəbaxan tumu, şokolad və digər kakao məhsulları, aromatlaşdırılmış içkilər, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, energetik içkilər, üzüm, spirtli içkilər, meyvə şirələri, ərik qurusu və buğda kəpəyi Gürcüstan, Rusiya, İran, Yəmən, Türkiyə, Tacikistan, ABŞ, İraq, BƏƏ, Suriya, Çin, Qırğızıstan, Fələstin və Ukraynaya ixrac edilib.

Naxçıvanda sahibkarlara 449 mənşə sertifikatı verilib

2025-ci ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlara 449 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 114 ədəd və ya 34 faiz çox olub.

Hesabat dövründə "CT-1" formalı mənşə sertifikatı 343 ədəd, “Ümumi” formalı mənşə sertifikatı 98 ədəd və “A” forma mənşə sertifikatı 8 ədəd təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://marja.az
archiveBu xəbər 19 Dekabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see611

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see241

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see240

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see229

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see207

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see187

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri