Naxçıvanda Ailə Sağlamlıq mərkəzləri üçün bir sıra vacib avadanlıqlar alınıb AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 9 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Ailə Sağlamlıq mərkəzlərinin yaradılması və həmin mərkəzlərin müasir tibbi avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, proqram çərçivəsində nazirlik tərəfindən Ailə Sağlamlıq Mərkəzlərinə rentgen aparatı, hematoloji analizator, EKQ, USM və digər zəruri avadanlıqlar alınıb. Bu avadanlıqların bir qismi ötən gün təhvil verilib, qalan hissəsi isə qısa müddət ərzində təhvil alınacaq.
Qeyd edək ki, həyata keçirilən bu təşəbbüs muxtar respublikanın bölgələrində yaşayan sakinlər üçün xüsusilə əhəmiyyətlidir. Ailə Sağlamlıq mərkəzlərində bir çox tibbi yoxlanışın və diaqnostik xidmətin yerindəcə aparılması sayəsində sakinlər artıq uzaq məsafələr qət etmədən, vaxt və maddi resurslarına qənaət edərək yüksək keyfiyyətli tibbi xidmətlərdən faydalana bilirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 09 Yanvar 2025 03:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















