Icma.az
close
up
RU
Naxçıvanda beynəlxalq reytinqli şahmat turnirində qalib olan şahmatçıların mükafatlandırma tədbiri keçirilib

Naxçıvanda beynəlxalq reytinqli şahmat turnirində qalib olan şahmatçıların mükafatlandırma tədbiri keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Naxçıvan Şahmat Mərkəzində keçirilən, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri başa çatıb. 

Noyabrın 7-də şahmatçıların mükafatlandırma mərasimi keçirilib. 

Turnirin baş hakimi Tural Zeynalov məlumat verib ki, Zəfər Gününün önəmini əks etdirən və gənclərin intellektual inkişafına töhfə vermək məqsədilə təşkil olunan, müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçıların bilik və bacarıqlarını nümayiş etdirdikləri turnirdə, ümumilikdə, 88 şahmatçı iştirak edib. Onlardan 52-si beynəlxalq reytinqli, 36-sı isə reytinqsiz oyunçulardır. 9 turdan ibarət İsveçrə sistemi ilə təşkil edilmiş yarışda 11 qadın iştirakçı, həmçinin 6-16 yaş aralığında 62 gənc, 2 Türkiyə vətəndaşı və 6 veteran şahmatçı mübarizə aparıb.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Bəxtiyar Məmmədov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev qalib şahmatçılara və turnirin hakimlərinə  mükafatlarını təqdim ediblər.

Turnirin yekun nəticələrinə əsasən, ümumi qaliblər sırasında I yerə Pərviz Qasımov, II yerə Toğrul Həsənzadə, III yerə isə Urfan Sevdimalıyev layiq görülüb. 

Yarışın ən gənc iştirakçıları Dəniz Abbasbəyli və Alparslan Dünyamalıyev olub. Veteranlar arasında isə Ələddin Bayramov qalib adını qazanıb. 

Sonda xatirə fotosu çəkdirilib.

S.Həsənov
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri