Icma.az
close
up
RU
Naxçıvanda əhaliyə verilən təbii qazın limitinin artırılması təklif olunub

Naxçıvanda əhaliyə verilən təbii qazın limitinin artırılması təklif olunub

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasında əhaliyə verilən təbii qazın limiti artırılmalıdır.

Missiya.Az xəbər verir ki, belə bir təkliflə deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib

O bildirib ki, Naxçıvanın iqlimi digər regionlardan fərqlənir: “Bu ərazilərdə qış daha uzun və sərt keçir. Buna görə də əhaliyə verilən təbii qazın limiti artırılmalıdır”.

Deputat əlavə edib ki, Naxçıvanda sosial layihələrə ayrılan vəsaitlərin də konkret layihələr əsasında təqdim edilməsi məqsədəuyğun olardı: “İllik olaraq ayrılan vəsaiti vaxtında çatdırmaq mümkün olmur. Buna görə də vəsaitlər layihələrə əsasən verilsə, daha effektiv olar”.

S. Novruzov həmçinin hərbçilərin, mühəndislərin, həkimlərin, müəllimlərin və digər kateqoriyadan olan şəxslərin kirayə haqqının artırılmasını təklif edib. Onun sözlərinə görə, Nazirlər Kabineti bu məsələyə yenidən baxmalıdır.

Qeyd edək ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qazın topdansatış və pərakəndə qiymətləri ilə bağlı dəyişikliklər edilib. Qərara əsasən əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tarif 12 qəpikdir, illik 1 200-2 500 kubmetr və 2 500 kubmetrdən çox istehlak üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik səviyyəsindədir, qeyri-əhali kateqoriyasına aid olan sənaye və kənd təsərrüfatı sektorlarında isə qazın tarifləri isə 22 qəpikdir.

Kirayə haqqına gəlincə, hazırkı qaydalara əsasən Bakı üçün kompensasiya məbləği 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan və Abşeron rayonu üçün 100 manat, digər şəhər və rayon mərkəzləri üçün 75 manat, digər yaşayış məntəqələri üçün isə 55 manat müəyyən edilib. Həmçinin, onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün bu məbləğin 50 %-i həcmində əlavə ödəniş nəzərdə tutulur.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://missiya.az
archiveBu xəbər 25 Noyabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see153

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see135

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri