Icma.az
close
up
RU
Naxçıvanda kimin səlahiyyəti azaldılacaq? Ali Məclislə Xüsusi nümayəndə arasındakı ikili idarəçilik problemi həll olunur

Naxçıvanda kimin səlahiyyəti azaldılacaq? Ali Məclislə Xüsusi nümayəndə arasındakı ikili idarəçilik problemi həll olunur

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Naxçıvan Konstitusiyasına dəyişikliklər barədə qanun təsdiq olunmaq üçün Milli Məclisə təqdim ediləcək.

Mia.az-ın məlumatına görə, Naxçıvan Ali Məclisinin yeddinci çağırış yaz sessiyasının son iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu (ikinci səsvermə) müzakirə olunub.

Ali Məclisin yaz sessiyasının 20 fevral tarixdə keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Qanunun geniş müzakirə edilərək birinci səsverməyə çıxarıldığını və qəbul edildiyini bildirən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan Konstitusiyasına əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər 3 aydan sonra yenidən səsverməyə qoyulmalıdır. Birinci səsvermə fevral ayının 20-də keçirilmişdi. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilib.

"Konstitusiyaya dəyişikliklər haqqında" Qanun Ali Məclisin sədri tərəfindən imzalandıqdan sonra təsdiq olunmaq üçün Milli Məclisə təqdim ediləcək.

Qeyd edək ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib. Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur.

Qanunvericiliyə görə, muxtar respublikaya Ali Məclisin sədri rəhbərlik etməlidir, lakin səlahiyyətli nümayəndəlik institutunun da təsis edilməsindən sonra ortaya çıxan bir sıra suallar hələ də aktuallığını qoruyur. Yəni indi Ali Məclis sədrinin müavini nazir təyinatlarını həyata keçirirsə, səlahiyyətli nümayəndə o halda ümumi koordinasiyaya cavabdehdir.

Qeyd edək ki, Vasif Talıbovun işdən çıxarılmasından sonra Prezident Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyətini ləğv edib.

Bu gün Naxçıvanda “ikihakimiyyətlilik” var. Formal olaraq hakimiyyət muxtar respublikanın idarəetmə orqanlarındadır. Amma orada Bakıdan təyin olunan səlahiyyətli nümayəndə də var. Bu gün səlahiyyət bölgüsü haqda hər hansı bir izahat da yoxdur.

Qeyd edək ki, iki il əvvəl dekabrın 22-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında fərman imzalayıb. Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Bəzi ekspertlərə görə, Ali Məclis strukturu saxlanıbsa, mümkündür ki, onun üzərindən idarəetmə davam edə bilər.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında ediləcək dəyişikliklər Naxçıvanda Ali Məclisin səlahiyyətinə hansı formada təsir edə bilər? Muxtar Respublikada Prezidentin xüsusi nümayəndəliyi də fəaliyyət göstərir. Yeni dəyişikliklər xüsusi nümayəndəliyin də ana qanunda təsbit olunmasını özündə ehtiva edəcəkmi və səlahiyyət bölgüsü bundan sonra tam aydınlaşacaqmı?

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu təsdiqləndikdən və Milli Məclisə təqdim olunduqdan sonra hansı dəyişikliklərin, yeniliklərin olduğu barədə məlumat verə bilər: “Bu gün vəziyyət ondan ibarətdir ki, sözügedən sənəd Milli Məclisə daxil olmayıb, həmçinin mediada yayılmayıb, ictimailəşdirilməyib. Ona görə də qanunda hansı dəyişikliklərin nəzərdə tutulması barədə dəqiq fikir bildirmək yanlış olardı. Nəzəri cəhətdən belə düşünmək olar ki, Naxçıvan Muxtar Respublikasının idarəetməsində son bir neçə ildə reallaşdırılan yeniliklər, islahatlar, dəyişikliklərin muxtar respublikanın konstitusiyasında əksini tapması zərurəti meydana gəlib. Ona görə də məhz qeyd olunan məsələlərlə bağlı dəyişikliklər ediləcəyindən danışmaq olar. Ali Məclisin, hökumətin səlahiyyətləri bəllidir və hazırkı konstitusiyada əks olunur. Prezidentin xüsusi nümayəndəliyinin də hesab edirəm ki, əsas qanunda səlahiyyətlərinin nədən ibarət olduğu müvafiq şəkildə qeyd olunmalıdır. Dəyişikliklərdə Ali Məclisin səlahiyyətlərinin azaldılıb-azaldılmayacağı haqda da layihəni oxumadan dəqiq nə isə söyləmək düzgün olmaz”.

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://mia.az
archiveBu xəbər 23 May 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see231

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see205

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see180

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see150

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see148

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see142

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see136

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see136

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see134

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see131

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see129

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see128

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see128

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see127

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri