Icma.az
close
up
RU
Naxçıvanda Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçirilib YENİLƏNİB

Naxçıvanda Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçirilib YENİLƏNİB

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan, 21 may, AZƏRTAC

Naxçıvanda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Milli Kibertəhlükəsizlik Mərkəzinin və “Caspel” MMC-nin əsas tərədaşlığı, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC və "Şərq qapısı" qəzetinin media tərəfdaşlığı ilə "Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Kibertəhlükəsizlik mövzusunda videoçarx nümayiş etdirilib.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası idarə heyətinin sədri Pənah Musayev diqqətə çatdırıb ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində ölkəmizdə kibersuverenlik mövzusunda keçirilən ilk konfransın Naxçıvanda baş tutması özündə dərin simvolik məna daşıyır. Çünki Naxçıvan Azərbaycanın müstəqilliyi və suverenliyi tarixində bir çox ilkin və xüsusi əhəmiyyətli mühüm qərarların verildiyi məkandır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə burada ilk dəfə Sovet İttifaqının tərkibindən çıxmaq niyyəti rəsmi bəyan edilib, SSRİ-nin saxlanılması ilə bağlı qeyri-qanuni referendum açıq şəkildə boykot olunub, Azərbaycanın Xalq Cumhuriyyətinin üçrəngli bayrağı 70 ildən sonra yenidən dövlət rəmzi kimi qaldırılıb. Bütün bu tarixi faktlar Naxçıvanın suverenliyimiz və milli iradəmiz naminə ön planda olduğunu bir daha təsdiq edir.

Texnologiyanın sürətli inkişafı və bütün sahələr üzrə rəqamsallaşmağa keçidin eyni zamanda yeni riskləri və təhlükəsizlik təhdidlərini gündəliyə gətirdiyini bildirən Pənah Musayev əminliyini ifadə edib ki, konfransda aparılacaq müzakirələr kibersuverenlik anlayışının ölkəmizdə konseptual şəkildə formalaşmasına, gələcək milli strategiyaların müəyyənləşdirilməsinə və bu sahədə davamlı əməkdaşlıqların qurulmasına mühüm töhfə verəcək.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları Mərkəzinin rəisi Davud Rüstəmov çıxışında əhəmiyyət kəsb edən məlumatların sızmasına dair 2024-2025ci illər üzrə qlobal statistikaları açıqlayıb. Qeyd edib ki, əvvəlki illə müqayisədə qlobal miqyasda 10 faiz artımın qeydə alınması və hazıradək qeydə alınan ən yüksək göstərici olması xüsusi diqqət çəkir. Bütün məlumat sızmalarının 74 faizinin səhvlər, sosial mühəndislik, daxili sui-istifadə kimi insan faktoru ilə bağlı olması bir daha keyfiyyətli kadr potensialına ehtiyacın aktuallığını göstərir.

Oğurlanmış istifadəçi məlumatları ilə edilən kiberhücumların sayı ötən ildə 71 faiz artıb deyən Davud Rüstəmov tövsiyə olunan müdafiə strategiyalarını diqqətə çatdırmaqla qlobal kibertəhdid mənzərəsində dinamikanın əsaslarını vurğulayıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov əmək bazarında kibertəhlükəsizlik sahəsi üzrə peşəkar kadrların hazırlanmasının vacibliyini irəli sürüb. O, qeyd edib ki, Elm və Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşəbbüsü ilə ölkənin aparıcı ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələri ilə yanaşı, dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssislər tərəfindən yeni tədris proqramı hazırlanıb. Proqramın hazırlanması zamanı həm dövlət, həm də özəl sektorda əmək bazarının cari tələbləri, araşdırılıb və nəzərə alınıb.

Konfrans panel müzakirələri ilə işini davam etdirib. Sözügedən platformalarda Azərbaycan Respublikası Dövlət

Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin əməkdaşı Elvin Balacanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov, Müdafiə Nazirliyi Kibertəhlükəsizlik Xidməti rəisinin müavini Fərman Məmmədov, Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülov, Elm və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, "Caspel" MMC idarə heyətinin sədri Ceyhun Quliyev, “Simbrella” şirkətinin baş icraçı direktoru Seymur Məmmədov və digərlərinin iştirakı ilə “Kibersuverenlik və dövlət təhlükəsizliyi”, “Kibertəhlükəsizlik sahəsində kadr potensialı” və “Kritik informasiya infrastrukturunun təhlükəsizliyində milli həllər və yerli şirkətlərin rolu” mövzuları müzakirə edilib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov vurğulayıb ki, 2024-cü ildə vətəndaşlara qarşı törədilən kart fırıldaqçılığı nəticəsində 22 milyon manatdan çox zərər dəyib, 2025-ci ilin ilk 4 ayı ərzində isə bu rəqəm 6 milyon manatı keçib. Hər bir fakt üzrə təhlillər və araşdırmalar göstərir ki, kibercinayətlər bank kartı sahiblərinin şəxsi məlumatlarının müxtəlif üsul və vasitələrlə ələ keçirilməsi nəticəsində baş verib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun “il ərzində kibercinayətlərin statistikası açıqlana bilərmi?”, sualına cavab olaraq Daxili İşlər Nazirliyi İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov kibertalama və kiberdələduzluq əməllərinin Cinayət Məcəlləsinin 30-cu fəslində nəzərdə tutulmadığından statistik məlumatın verilməsində çətinliklər yaratdığını bildirib.

150-dən çox iştirakçının qatıldığı konfransda dövlət qurumlarının rəhbər şəxsləri, ali təhsil müəssisələrinin rektorları, elmi ictimaiyyət nümayəndələri, aparıcı İKT şirkətlərin rəhbər şəxsləri və yerli ekspertlər iştirak edib.

Sonda konfrans iştirakçılarına, tərəfdaşlara və könüllülərə təşəkkürnamələr təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see404

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see264

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see217

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see211

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see162

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see160

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see154

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see153

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see150

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see149

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see143

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see139

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see139

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see132

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see130

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see128

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see123

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri