Naxçıvanda Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qaldırılmış məsələlər 93 faiz həll edilib AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Naxçıvan, 24 yanvar, AZƏRTAC
Ötən il Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində 2023-cü illə müqayisədə işlərin sayın 313 iş artaraq 1608 işə çatıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ekspertlər tərəfindən 177 min 151 obyektin tədqiqatı aparılıb, ekspertlər qarşısında 3274 sual qoyulub, onlardan 3272 suala cavab verilməklə qaldırılmış məsələlər 93 faiz həll edilib. Qanunvericilik sahəsində səmərəliliyin artırılması və qəbul edilmiş hüquqi aktların dövlət reyestrinə daxil edilməsi işi diqqətdə saxlanılıb, 3962 hüquqi akt reyestrə daxil edilib, 19 normativ hüquqi aktın layihəsi hazırlanıb, 105 normativ hüquqi aktın layihəsinə dair rəy verilib, 11 hüquqi aktın məcburi hüquqi ekspertizası keçirilib. Naxçıvan Muxtar Respublikası Hüquqi Aktların Dövlət Reyestrinin milli qanunvericilik bazası olan e-qanun.az elektron resursuna inteqrasiya olunması ilə əlaqədar işlər tamamlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 24 Yanvar 2025 04:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















