Icma.az
close
up
RU
Naxçıvanda qanunsuz olaraq 133 min manat ünvanlı yardım ödənildiyi aşkarlanıb

Naxçıvanda qanunsuz olaraq 133 min manat ünvanlı yardım ödənildiyi aşkarlanıb

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.

"Report" bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, sosial təminat xidmətləri çərçivəsində dövlət büdcəsi hesabına artıq xərcləmələrə yol verilib. Sanatoriya-kurort yollayışları üzrə dövlət vəsaitlərindən 1 040 manat artıq vəsait sərf olunub, bəzi şəxslərə isə qanunvericiliyə zidd olaraq təkrar yollayışlar verilib. Həmçinin, aktiv əmək müqaviləsi olan şəxslərə və ya sosial sığorta haqqı ödəyən vətəndaşlara qanunsuz olaraq yollayışlar təqdim olunub.

Ünvanlı dövlət sosial yardımlarının təyini zamanı da bir çox nöqsanlara yol verilib. Əmək qabiliyyətli şəxslərə, aktiv əmək müqaviləsi olanlara və yaxud sosial sığorta haqqı ödəməyənlərə ümumilikdə 132 min 994 manat artıq yardım təyin edilib. Eyni zamanda, bəzi şəxslərə əmək fəaliyyəti olduğu halda, yaşa və yaxud ailə başçısını itirməyə görə müavinətlər qanunsuz olaraq ödənilib və bu xərclər ümumilikdə 28 426 manata çatıb.

Agentliyin balansında olan 9 2612 manat dəyərində əsas vəsaitlərin itməsi, bəzi aktivlərin qanunsuz şəkildə digər qurumlara verilməsi, həmçinin inventarizasiyanın düzgün aparılmaması müəyyən edilib.

Həmçini, satınalma proseslərində qanun pozuntularının geniş yayıldığı aşkar edilib. İlkin satınalma planlarının təsdiqlənməməsi, satınalmaların vahid portalda gec yerləşdirilməsi və bəzi avadanlıqların dəyərinin şişirdilməsi səbəbindən dövlət vəsaitindən səmərəsiz istifadə olunub.

Palata Agentliyə tövsiyə edib ki, aşkarlanan nöqsanlar aradan qaldırılsın, artıq ödənilmiş vəsaitlər bərpa edilsin və daxili nəzarət mexanizmləri gücləndirilsin. Bu tədbirlərin həyata keçirilməsi ilə dövlət vəsaitlərinin səmərəli idarə edilməsi təmin edilə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://report.az
archiveBu xəbər 24 Yanvar 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri