Icma.az
close
up
RU
Naxçıvanda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunların sayı 16 faiz artıb

Naxçıvanda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunların sayı 16 faiz artıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Naxçıvan, 3 sentyabr, AZƏRTAC

Sentyabrın 3-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, eləcə də tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirib.

Səlahiyyətli nümayəndə qeyd edib ki, dövlət siyasətinin tərkib hissəsi olaraq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da təhsilə xüsusi yer ayrılıb. Bu qayğı isə öz bəhrəsini verir. Hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr qazanılır. Bütün bunlar 2024-2025-ci tədris ilində muxtar respublikada 4752 şagirdin ümumi orta, 3992 şagirdin tam orta təhsil səviyyəsini uğurla başa vurmasına imkan yaradıb. Təhsili xüsusi nailiyyətlərlə başa vuran 4 şagird qızıl nişana, 281 şagird isə fərqlənmə attestatına layiq görülüb. Naxçıvanda 2024-2025-ci tədris ili üzrə fərqlənmə attestatına layiq görülən məzunların sayı son 30 ilin nəticələrinə əsasən ən yüksək səviyyədə olub. Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində 396 məzun 500-700, o cümlədən 291 nəfər 500-600, 77 məzun 600-650, 28 şagird isə 650-700 intervalında bal toplayıb. Ötən illə müqayisədə yüksək nəticə göstərən məzunların sayı 16 faiz artıb. Bu da muxtar respublikada son 30 ildə əldə olunan ən yüksək göstəricidir.

Təhsilə qoyulan sərmayəni ölkənin gələcəyinə qoyulan sərmayə kimi dəyərləndirən Fuad Nəcəfli vurğulayıb ki, biliklərə əsaslanan iqtisadiyyat, innovasiyayönümlü inkişaf yaşadığımız dövrün reallıqlarıdır. Bu strateji baxış dövlət siyasətimizin əsasını təşkil edir. Ulu Öndərin müdrik uzaqgörənliyi, həm də dövlət başçısı İlham Əliyevin bu xətti ardıcıl şəkildə davam etdirməsi göstərir ki, təhsil Azərbaycanın gələcəyini müəyyənləşdirən ən mühüm amildir. Beləliklə, tələbəlik illəri gənclərdən daha çox məsuliyyət, daha çox zəhmət, daha geniş dünyagörüşü tələb edir. Təhsili uğurla başa vurmaq, seçdiyi ixtisası dərindən öyrənmək, kamil mütəxəssis kimi yetişmək tələbələrin qarşısında duran əsas vəzifələrdir. Əldə olunan biliklər yalnız gənclərin gələcəyi üçün deyil, həm də Azərbaycanın gələcəyi üçündür.

“Naxçıvan torpağı tarixboyu Vətənə elmli, mədəniyyətli, vətənpərvər insanlar bəxş edib. Sizin də yolunuz bu ənənələrin davamı olacaq. Biz inanırıq ki, siz gələcəkdə bilik və bacarığınızla ölkəmizin inkişafına, milli dövlətçiliyimizin möhkəmlənməsinə töhfə verəcəksiniz”, - deyən səlahiyyətli nümayəndə gənclərə oxuduqları universitetdən, seçdikləri ixtisasdan asılı olmayaraq, Vətənə bağlı olmağı, dəyərlərimizə sadiq qalmağı, bilik və təcrübələrini Azərbaycan üçün sərf etməyi tövsiyə edib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov 2025-ci ilin Naxçıvan təhsili üçün ən uğurlu illərdən biri olduğunu vurğulayıb. Nazir bu il ilk məzun buraxılışı olan Naxçıvan Dövlət Universitetinin gimnazisyasını uğurlu nəticə münasibətilə təbrik edərək deyib ki, gimnaziyanı 36 məzun bitirib. Onlardan 16-sı 500-700 intervalında bal toplayıb. Həmçinin vurğulayıb ki, Dövlət İmtahan Mərkəzinin ötən tədris ili ilə bağlı açıqladığı hesabata əsasən buraxılış və qəbul imtahanlarında ölkə üzrə ilk beşlikdə Naxçıvan şəhərinin, Şahbuz rayonunun məktəbliləri yer alır.

Naxçıvan məktəblilərinin ötən il əldə etdiyi yüksək nəticələrdən bəhs edən nazir diqqətə çatdırıb ki, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin şagirdi Nərmin Əliyeva ABŞ və digər ölkələrin universitetlərinə qəbul üçün keçirilən beynəlxalq SAT imtahanı üzrə 1600 ballıq sistemdən 1580 bal nəticə ilə ölkə birinciliyi və dünya üzrə ən yüksək nəticə göstərən 1 faizlik tələbə siyahısına daxil olub. Həmçinin Naxçıvan Qızlar Liseyinin şagirdi Nuray Cabbarlı 22 ölkədən müraciət edən 35 min namizəd arasından seçilərək beynəlxalq FLEX proqramına qəbul olunaraq ABŞ-də təhsil almaq imkanı qazanıb. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdi Elgün Şükürov isə TECNEST Təqaüdünə və CİSCO Beynəlxalq sertifikatına layiq görülüb. Həmçinin Naxçıvan məktəbliləri ilk dəfə olaraq PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak ediblər. Naxçıvan məktəbliləri Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında I yerin qalibi olub.

Tədbirdə çıxış edən Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin məzunu Oruc Rəhimlinin anası Səfurə Hüseynova övladlarının əldə etdiyi nailiyyətlərin dövlət başçısının təhsilə göstərdiyi diqqət və gənclərimizə yaratdığı imkanların bariz nəticəsi olduğunu deyib.

Ali məktəblərə keçirilən qəbul imtahanlarında 690 bal toplayaraq muxtar respublika birincisi olan Naxçıvan Qızlar Liseyinin məzunu Sehrin Cəfərova əmin edib ki, ölkəmizin inkişafına töhfə verən savadlı, bacarıqlı, əzmkar və vətənpərvər gənclik nümunəsi olacaqlar.

Tədbirdə 500-700 intervalında nəticə əldə etmiş məzunlar mükafatlandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri