Icma.az
close
up
RU
Naxçıvanda sabiq sədr saxlanıldı

Naxçıvanda sabiq sədr saxlanıldı

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin idarə heyətinin sabiq sədri Bəhruz Əsgərov saxlanılıb.

Pravda.az-ın xəbər verir ki, bu barədə TNS-ə Naxçıvandakı mənbə məlumat verib.

Bəhruz Əsgərov Dövlət Agentliyində aparılan yoxlamalardan sonra vəzifəsindən azad edilmişdi.

İddia olunur ki, yoxlamalar zamanı agentlikdə bir sıra qanunsuzluqlar aşkara çıxarılıb.

Mənbənin sözlərinə görə, Bəhruz Əsgərov Naxçıvanın yeni rəhbərliyinə yaxınlığı ilə seçilib. Səlahiyyətli nümayəndə Fuad Nəcəfli tədbirlərdə dəfələrlə onun fəaliyyətini yüksək qiymətləndirib, Dövlət Agentliyinin rəhbərini digər məmurlara nümunə göstərib. Belə "nümunəvi" məmurun həbsi bir sıra ciddi suallar yaradıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 Mart 2025 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri